Yeni Azərbaycan Partiyası ICAPP-ın tədbirində təmsil olunub
03.05.2023 [21:03]
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) təşkilatçılığı, Koreya Respublikasının hakim Xalqın Gücü Partiyasının və müxalif “Minjoo” (Demokratik) Partiyasının birgə evsahibliyi ilə 2023-cü il 30 aprel – 3 may tarixlərində Koreya Respublikasının Busan şəhərində ICAPP Daimi Komitəsinin 39-cu iclası və İCAPP Biznes Şurasının 1-ci iclası keçirilib.
Mayın 1-də təşkilatın hazırkı fəaliyyətinə və gələcək planlarına dair müzakirələrin aparıldığı Daimi Komitənin 39-cu iclasında ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq ötən il noyabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və evsahibliyi ilə Bakıda "Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu" mövzusunda ICAPP-ın xüsusi konfransının uğurlu təşkilinə görə bir daha təşəkkür edib və Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyev tərəfindən konfrans iştirakçılarına məktubun ünvanlamasını tədbirin əhəmiyyətinə verilən yüksək qiymətin bariz göstəricisi olduğunu vurğulayıb. Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli sözügedən konfransın Bakıda keçirilməsi ilə bağlı YAP-ın təşəbbüsünə göstərdiyi dəstəyə görə ICAPP rəhbərliyinə və Daimi Komitənin üzvlərinə minnətdarlıq edərək qarşılıqlı səmərəli əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətindən bəhs edib.
Mayın 2-də “İqlim böhranı dövründə Asiya biznesinin imkanları və çətinlikləri” mövzusunda keçirilmiş ICAPP Biznes Şurasının 1-ci iclasında Azərbaycanı “Millennium Tourism & Congress DMC”nin həmtəsisçisi və baş icraçı direktoru Ruslan Quliyev və “Bakı Tikiş Evi ASC”nin sədr müavini Elnur Rəhimov təmsil ediblər. İclasın “Daha yaxşı gələcək üçün dünyamızı dəyişmək: siyasi partiyaların biznesdə rolu” mövzusunda keçirilən birinci sessiyasında çıxış edən R.Quliyev, eləcə də “İqlim dəyişikliyi və Asiyanın enerji müstəqilliyi məqsədi ilə karbon neytrallaşdırılması” adlı ikinci sessiyada müzakirələrdə iştirak edən E.Rəhimov tədbir iştirakçılarına Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, qeyri-neft sektorunun inkişafı ilə bağlı görülmüş işlər, bərpa olunan enerji mənbələri və “yaşıl enerji” sektorunun inkişafına dövlət tərəfindən göstərilən diqqət, işğaldan azad olunmuş bölgələr də daxil olmaqla, ölkədə xarici dövlətlər və şirkətlərlə birgə su, külək və günəş enerjisindən istifadə sahəsində həyata keçirilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda iştirakçılar tərəfindən iqlim dəyişikliyi ilə mübarizənin, habelə təmiz və bərpa olunan enerjidən istifadənin genişləndirilməsinin əhəmiyyətinin vurğulandığı Busan Bəyanatı qəbul edilib.
Mayın 3-də tədbir iştirakçıları “Busan World Expo 2030” sərgisi ilə bağlı brifinqdə iştirak ediblər.
Nümayəndə heyətinin səfəri mayın 3-də başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

