Mövqeyimiz aydın və dəqiqdir
19.10.2022 [10:53]
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Qırğızıstana ilk dövlət səfəri, səfər çərçivəsində keçirilən görüşlər, Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına xidmət edən mühüm hadisələr bu gün də ölkə mətbuatında geniş müzakirə olunmaqdadır. Möhkəm təmələ əsaslanan siyasət hər zaman davamlı uğurlara yol açır. Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar göz qabağındadır. Bugünkü hadisələrdən Azərbaycanın türk dünyasının birliyinə töhfələri də özünü qabarıq şəkildə büruzə verir.
Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında bu əsas məqam da xüsusi yer tutur ki, birliyimizdən çox şey asılıdır. Bu dostluq, qardaşlıq əlaqələrinin möhkəmliyi, sarsılmazlığı faktlar əsasında diqqətə çatdırılır. Cari ildə həm Qırğızıstan Prezidentinin Azərbaycana, həm də Prezident İlham Əliyevin Qırğızıstana səfəri türk dünyasının birliyinə bir çağırışdır. İki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb ki, bu da münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Bu gün bu Bəyannamənin necə icra olunduğunu məmnunluqla qeyd edirik. Çünki yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. İki ölkənin Prezidentləri mədəni-humanitar əməkdaşlıqdan, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətdən geniş bəhs edərək diqqəti, eyni zamanda, təhsilə, yeni texnologiyalara və bu sahədə hər iki ölkənin malik olduğu imkanlara yönəltdilər. Təhsilin, yeni texnologiyaların inkişafı bütün dövrlər üçün aktualdır. Dövlət başçısı İlham Əliyev bu məqama da diqqəti yönəltdi ki, Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir və biz bu sahədə qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarını müəyyən etmişik. Ümumiyyətlə, gələcək əməkdaşlığın əsas hədəfi konkret nəticələrin əldə olunmasıdır. Bakıda iki ölkə arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasından ötən bu qısa müddətdə Azərbaycan Prezidentinin Qırğızıstana səfəri deyilənləri təsdiqləyir. Qırğızıstan Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Bişkekdə qarşılamaq mənim üçün böyük sevincdir. Bu, onun Qırğız Respublikasına birinci dövlət səfəridir. Çox şadam ki, mənim Bakıya səfərimdən yarım il sonra hörmətli İlham Heydər oğlu Qırğızıstanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin möhkəmliyini bir daha sübut edən cavab səfəri edir” fikirlərinin davamı olaraq cənab İlham Əliyev bildirdi ki, Sadır Nurqojoyeviçin qeyd etdiyi kimi, cəmi yarım il bundan əvvəl biz onu Bakıda qəbul etmişdik, bu gün mən Bişkekdəyəm: “Bu, onu göstərir ki, biz nəzərdə tutduqlarımızı daha tez həyata keçirmək niyyətindəyik. Bir qayda olaraq, cavab səfərləri bir ildən tez baş tutmur. Bizim halda bu, yarım il çəkdi. Bu, məhz onu nümayiş etdirir ki, biz nəticələrə hədəflənmişik.”
Qarşılıqlı səfərlər münasibətlərin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Müzakirə edilən məsələlər, yeni yanaşmaların ortaya qoyulması əlaqələri daha da inkişaf etdirir. Hazırda postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Bu reallıqların düzgün təhlili və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Azərbaycan dövlətinin atdığı addımlar göz qabağındadır.
Bu reallıqların müzakirə olunduğu platformalardan biri də bu günlərdə Qazaxıstanda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı və MDB Dövlət Başçıları Şurasının iclası oldu. MDB Dövlət Başçıları Şurasının iclasında münaqişədən sonrakı vəziyyətin müxtəlif cür inkişaf etdiyini bildirən cənab İlham Əliyev qeyd etdi ki, buna görə də həmkarlarımı son dövrlər ərzində baş verənlərlə bağlı məlumatlandırmaq istərdim.
Ermənilərin törətdikləri təxribatları əsaslı şəkildə diqqətə çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə diqqəti yönəldərək bildirdi ki, Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib: “Bizim mövqeyimiz aydındır, dəqiqdir. Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib.”
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

