YAP Laçın rayon Təşkilatı 15 iyun -Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib
10.06.2022 [14:41]
10 iyun 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Təhsil Şöbəsi ərazi partiya təşkilatında bir qrup partiya fəalı ilə "15 İyun Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirilib. Tədbirdə Sərgi Zəngəzur təhsil idarəsinin Laçın rayonu üzrə təhsil sektorunun müdiri Nicat Həsənov, ƏPT sədrləri, YAP fəalları iştirak edib.
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, bugünkü tədbirimiz xalqımız üçün çox əlamətdar, yaddaqalan, tarixi bir gün, 15 iyun Milli Qurtuluş Günü ərəfəsində keçirilir. Odur ki, bu bayram münasibətilə hər birinizi təbrik edir və ən xoş arzularımı çatdırıram. Burada əyləşənlərin böyük əksəriyyəti 1993-cü ilin iyun günlərini yaxşı xatırlayırlar. Həmin dövr yenicə müstəqillik qazanmış Azərbaycanın həyatında çox çətin, məsuliyyətli bir dövr idi. Belə ki, respublikamız məhv olmaq, parçalanmaq, tarixin səhnəsindən silinmək təhlükəsilə üz – üzə qalmışdı. Həmin dövrdə ölkə rəhbərliyində olan şəxslərin səriştəsizliyi, təcrübəsizliyi, yarıtmazlığı ucbatından respublikamızın hər yerində xaos, anarxiya, özbaşnalıq hökm sürürdü, demək olar ki, ölkə faktiki olaraq idarə olunmurdu. Xalq belə bir məqamda Böyük Xilaskar, Dahi Rəhbər, Ulu Öndər, Müdrik Şəxsiyyət Heydər Əliyevə müraciət etdi. Doğma Azərbaycanı canından əziz sevən Ümummilli Liderimiz xalqın bu müraciətini müsbət qarşıladı və Böyük xilaskarlıq missiyasını öz üzərinə götürdü. Qısa müddət ərzində Azərbaycanda ictimai – siyasi sabitlik əldə olundu, qanunsuz silahlı birləşmələr ləğv edildi, çətinliklə olsa da ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prossesi başlandı. Bir sözlə, Azərbaycan məhv olmaq təhlükəsindən xilas edildi.
İ. İlyasov bildirdi ki, bu gün 15 iyun - Milli Qurtuluş Günü respublikamızda böyük ruh yüksəkliyi, böyük coşqu ilə qeyd olunur. 44 günlük Vətən Müharibəsindən sonra bütün azərbaycanlılar dünyanın hər yerində bu günü Qalib Xalqın Qalib Övladları kimi alnı açıq, üzü ağ, başı uca qeyd edirlər. Mən elə bilirəm ki, Vətən Müharibəsində əldə olunmuş Möhtəşəm Zəfərin əsası məhz, 15 iyun 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə qoyuldu. Bu gün Ulu Öndərin siyasi kursu, onun dəsti - xətti Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları tərəfindən inamla, qətiyyətlə və layiqincə davam etdirilir. Ulu Öndərin bizlərə miras qoyduğu Müstəqil Azərbaycan ictimai – siyasi həyatımızın bütün sahələri üzrə inkişaf edir, çiçəklənir və beynəlxalq aləmdə Qüdrətli bir ölkəyə çevrilir. Əminik ki, müdrik xalqımızı qarşıda daha xoş, daha firavan günlər gözləyir.
Tədbirdə digər çıxışçılar Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan və müstəqil Azərbaycan dövlətinin dünyaya tanıdılmasından, görkəmli şəxsiyyətin siyasi, ideoloji və rəhbərlik bacarığından bəhs etdilər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

