Ulu Öndər Heydər Əliyevin həyat yolu gənclər üçün əsl məktəbdir
29.04.2021 [09:13]
Dahilik həlli qeyri-mümkün görünən vəzifənin öhdəsindən gəlməyi bacarmaqdır. Elə şəxsiyyətlər, dövlət xadimləri olmuşdur ki, onlar öz ölkəsinin, öz millətinin taleyində müstəsna xidmətlər göstərmişlər. Dərin zəkası, əməli fəaliyyəti ilə Azərbaycanımızın müstəqilliyinə əbədi möhür vuran Ulu Öndər Heydər Əliyev böyük tarixi missiyası ilə Öz doğma yurdunu qəlbən sevən hər bir azərbaycanlının qəlbində əbədi məhəbbət qazanmışdır.
Zəngin dəyərlər xəzinəmiz olan tarixi yaddaşımız və milli kökümüz bizim qürurumuzdur. Dahi rəhbər bu mənəvi, əxlaqi mədəni və sosial dəyərlərə misilsiz qayğı ilə yanaşaraq hər birimizə, millətə bağlılıq, Vətənə sevgi nümunəsi göstərmişdir. Ümummilli Liderin idarəçilik istedadı, misilsiz işgüzarlığı və xalqın həyatında baş vermiş ən ekstremal vəziyyətlərin aradan qaldırılmasının bilavasitə iştirakçısı olması Onu dövrünün ən nüfuzlu siyasi xadimlərindən birinə çevirmişdir. O, bütün ömrünü xalqın səadəti uğrunda mübarizəyə həsr etdi.
Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 34 ildən artıq bir dövrü Ulu Öndərin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev xalqı tarixin ən çətin sınaqlarından çıxararaq dövlətimizin tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələrdən birini təşkil edir.
Xalqımızın həyatında elə bir sahə yoxdur ki, o sahədə Heydər Əliyevin əvəzsiz rolu olmasın. Gənc nəsil də Ulu Öndər Heydər Əliyevdən, sözün əsl mənasında, böyük qayğı görmüşdür. Gənclərin hərtərəfli inkişafında, onların milli kadr kimi formalaşmasında dahi şəxsiyyət əlindən gələni əsirgəməmişdir. Şübhəsiz ki, Heydər Əliyevin həyat yolu bütün insanlar, xüsusilə də biz gənclər üçün əsl məktəbdir. Dərin və hərtərəfli biliyə, güclü məntiqə, unikal yaddaşa malik olan, böyük əməksevərlik və fədakarlıq nümunəsi yaradan Heydər Əliyev gənclərə qayğı və sevgi göstərməklə yanaşı, həm də onların qarşısına müəyyən vəzifələr qoyaraq deyirdi: “Sizin əsl vəzifəniz özünüzü Azərbaycan Respublikasının inkişafına, yaşamasına və əbədiliyinə həsr etməkdən ibarət olmalıdır”. Çünki hər hansı bir cəmiyyətin inkişafı aparıcı qüvvə olan gəncliyin necə tərbiyə olunmasından, hansı ideyalarla silahlanmasından asılıdır.
Dağdan uzaqlaşdıqca onun əzəməti aydın hiss olunduğu kimi, zaman ötdükcə Azərbaycan xalqı bu dahi şəxsiyyətin əzəmətini, ucalığını daha aydın hiss edir. Ömrünü vətən, xalq yolunda şam kimi əridən, tariximizə parlaq səhifələr bəxş edən Ulu Öndər bizim qürur mənbəyimiz, milli iftixarımızdır. Bu gün biz gənclər Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək inamla gələcəyə addımlayır, Heydər Əliyevin biz gənclərə etibar etdiyi qüdrətli Azərbaycana öz töhfəmizi verməyə çalışırıq.
Müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən aramızda olmasa da, Onun ideyaları və böyük dühası əbədiyaşardır. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına müraciətində demişdi: “İnanıram ki, Mənim başa çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev tamamlaya biləcəkdir. Ona Özüm qədər güvənirəm və gələcəyinə böyük ümid bəsləyirəm”. Həqiqətən də, Prezident İlham Əliyev xalqımızın Ulu Öndəri Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü Onun ideya və əməllərini davam etdirən, vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdur. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə Onun ölməzliyini bir daha təsdiqləmişdir.
Ulu Öndərin qüdrətli dövlətçilik siyasəti ilə və biz gənclərə əmanət qoyduğu müstəqilliyimizlə qürur duyur, bu müstəqilliyi bizə bəxş etmiş dahi şəxsiyyəti daim ehtiramla yad edirik.
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin
sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20

