Qaradağ rayonunda 31 Mart soyqırımının qurbanlarının xatirəsi anılıb
31.03.2010 [10:39]
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov 1918-ci ilin 31 martında azərbaycanlılara qarşı erməni şovinistləri tərəfindən törədilən soyqırımı zamanı həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsinin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirıb. O, qeyd edib ki, 200 il öncə əzəli və əbədi Azərbaycan topaqlarına köçürülmüş mənfur ermənilər bütün iyrənc əməllərə əl atıblar.
A.Hüseynov qeyd edib ki, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmış ermənilər sonradan özlərinə “Böyük Ermənistan” yaratmaq xülyası ilə xalqımıza qarşı xüsusi amansızlıqlar ediblər: “Mart hadisələri zamanı Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində törədilmiş qırğınlar daşnaklar və onlara havadarlıq edən qüvvələr tərəfindən etnik toqquşma kimi qələmə verilmişdir. Onlar iddia edirdilər ki, guya həmin vaxt Bakıda və bölgələrdə başlanan etnik toqquşmada az sayda insan xəsarət alıb. Əslində isə, bu xalqımıza qarşı növbəti saxtakarlağın, tariximizin dəyişdirilməsi və məhv edilməsi idi. Sonradan Ulu öndər Heydər Əliyevin azərbaycanlıların mart soyqırımı barəsində 26 mart 1998-ci ildə imzaladığı Fərmanla bu tarix Azərbaycanlıların soyqırım günü kimi tanınmışdır”.
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin sədri Əlizamin Məmmədov 1918-ci il mart hadisələrini və bu tarixdən öncə xalqımızın başına gətirilən müsibətlərin gənclər tərəfindən həmişə nifrətlə qarşılandığını bildirib.
Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zemfira Şıxəliyeva dəyirmi masada çıxış edərək iki əsr ərzində dünyanın ən sülhsevən xalqına qarşı ermənilər tərəfindən törədilən kütləvi qırğınlar və deportasiyalar nəticəsində xalqımızın 2,5 mln nəfər itki verdiyini söyləyib: “Tarixin müxtəlif dövrlərində bədnam qonşularımız olan erməni daşnakları xalqımıza qarşı amansız soyqırım siyasəti həyata keçirmişlər. XIX əsrin əvvələrindən başlayaraq azərbaycanlılara qarşı xüsusi qəddarlıq nümayiş etdirən qaniçən ermənilərin 1905-1906-cı illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə, nəhayət, 1988-ci ildən başlanan məlum Dağlıq Qarabağ münaqişəsi zamanı və 1992-ci il fevralın 26-da tarixdə misli görünməmiş bir cinayət olan Xocalı soyqırımını törətməsi bir daha sübut etdi ki, xalqımız ermənilərin həmişə soyqırım siyasətinin qurbanı olub. 1918-ci ilin mart ayının 31-də erməni-daşnak birliyi azərbaycanlıların müstəqillik arzusunu qırmaq və bir millət olaraq məhv etmək üçün xalqımıza qarşı tarixi cinayət törətdilər”.
Z.Şıxəliyeva onu da bildirib ki, ümumilikdə, mart hadisələrindən sonra Qubada, Göyçayda və digər bölgələrdə də 50 minə qədər Azərbaycan türkü ermənilər tərəfindən qətlə yetirilib: “Bu gün 31 Mart soyqırımı ilə bağlı biz dünya ictimaiyyətinə geniş informasiyalar verməliyik. Bu soyqırımı törətmiş ermənilərin sonradan Xocalı soyqırımını törətdiklərini və bu soyqırımların bir-biri ilə dünya ictimaiyyətinə çatdırmalıyıq. çünki soyqırım təkcə insanların fiziki cəhətdən qətlə yetirilməsi ilə bağlı olan bir anlayış deyil. Bu həm də insanların öz siyasi baxışlarına, milli mənsubiyyətinə görə qətlə yetirilməsidir”.
Tədbirdə şəhid anası Pakizə Abbasova, Qaradağ rayonunda məskunlaşmış Xocalı sakini Fəridə Cabbarova, Laçın sakini İbrahim Məmmədov və başqaları 1918-ci ildə xalqımızın başına gətirilən müsibətlərlə bağlı fikirlərini bildiriblər. Qeyd ediblər ki, ermənilər azərbaycanlılara qarşı həmişə soyqırım siyasəti yürüdüblər. 31 Mart soyqırımı da xalqımıza qarşı erməni vəhşiliyinin nümunəsidir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxGündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50

