Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində yüksək faizlə qalib gəlmək əzmindədir
20.11.2009 [10:59]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Beyləqan rayon təşkilatında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış partiya üzvləri üçün treninqlər keçirilib. Tədbirdə çıxış edən rayon təşkilatının sədri Rəfail Pəsiyev “partiyamızın digər yerli strukturları kimi, YAP Beyləqan rayon təşkilatı da bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşır” - deyib. Onun sözlərinə görə, Milli Məclisdə bələdiyyələrin birləşdirilməsi ilə bağlı qanun qəbul olunduqdan sonra Beyləqanda bir neçə bələdiyyə birləşdirilib və hazırda rayonda 37 bələdiyyə fəaliyyət göstərir. Seçkilərdə bu bələdiyyələrə 323 nəfər üzv seçiləcək. YAP Beyləqan rayon təşkilatı bütün yerlərə öz namizədlərini irəli sürüb. Artıq namizədlərin müvafiq seçki komissiyaları tərəfindən qeydə alınması prosesi uğurla başa çatıb. Beyləqan sakinlərinin dövlətə və dövlətçiliyimizə daim sədaqət nümayiş etdirdiyini vurğulayan R.Pəsiyev qarşıdan gələn bələdiyyə seçkilərində də bunun bir daha təsdiqlənəcəyini söyləyib: “Beyləqanlılar Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda edilmiş səyləri, atılmış addımları yüksək qiymətləndirir. Ona görə də, rayonumuzun sakinləri YAP-a rəğbət bəsləyir, onu dəstəkləyir”.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, partiyanın İdarə Heyətinin üzvü Kərim Kərimov isə ilk olaraq partiyanın yaranması tarixindən bəhs edib. K.Kərimov deyib ki, Yeni Azərbaycan Partiyası müstəqillik tariximizin ən çətin və mürəkkəb dövründə təsis olunub. Partiyanın qurucusu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin YAP-ın yaranması və inkişafındakı rolundan geniş bəhs edən səlahiyyətli nümayəndənin sözlərinə görə, YAP-ın bu qədər böyük sevgi və etimadla əhatə olunmasının səbəblərindən biri də məhz bu məqamdır. YAP-ın yaranmasından qısa müddət sonra Azərbaycanın hər yerində sevilən və dəstəklənən bir siyasi təşkilata çevrildiyini vurğulayan Kərim Kərimov deyib ki, məhz bu etimad və ciddi dəstək fonunda 1993-cü ildə YAP hakimiyyətə gəlib. İlk gündən etibarən YAP-ın Azərbaycan dövlətçiliyinə xidmət etdiyini söyləyən K.Kərimovun sözlərinə görə, hakim partiya hazırda nəinki Azərbaycanın, bütövlükdə regionun ən böyük və mütəşəkkil siyasi təşkilatıdır. Yarandığı tarixdən 4 prezident, 3 parlament və 2 bələdiyyə seçkilərində iştirak etmiş və yüksək nəticə əldə etmiş Yeni Azərbaycan Partiyası bu seçkilərdə də qələbə qazanacaq. çünki, seçkilərin nəticələrini birbaşa təyin edən xalqın iradəsi faktoru YAP-ın xeyrinədir. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a böyük etimad göstərir. Bu sevgi, etimad isə qarşılıqlıdır.
YAP da hakim partiya kimi gördüyü işlərlə, üzərinə götürdüyü missiya ilə xalqın inamını doğruldub və bundan sonra partiyamızla xalqımız arasındakı bu birlik daha da möhkəmlənəcək: “özünüidarəetmə orqanları bir struktur kimi Azərbaycanda 1999-cu ildə yaradılıb və ona görə də, bu qurumları gənc hesab etmək olar. Bəzi hallarda təcrübəsizlik öz sözünü deyib və müxtəlif qüsurlar ortaya çıxıb. Amma son illər ərzində qanunvericilikdə edilən dəyişikliklər və əldə olunmuş təcrübə onu deməyə əsas verir ki, artıq növbəti illərdə bələdiyyələrin daha effektiv fəaliyyətinin şahidi olacağıq”.
Yeni Azərbaycan Partiyasının bu seçkilərdə yüksək faizlə qalib gəlmək əzmində olduğunu söyləyən səlahiyyətli nümayəndə, həmçinin, qeyd edib ki, hakim partiya həm də bələdiyyələrin işinin keyfiyyətinin yüksəldilməsi üçün də tədbirlər həyata keçirməyi düşünür: “Bu işdə bələdiyyələrə seçiləcək partiya üzvünün üzərinə böyük məsuliyyət düşür. Siz heç vaxt yadınızdan çıxarmayın ki, partiyamızı təmsil edirsiniz. Ona görə də, öz fəaliyyətinizlə bu etimada layiq olduğunuzu göstərməlisiniz”.
çıxışına YAP-ın yaranmasının 17-ci ildönümü münasibətilə partiya üzvlərini təbrik etməklə başlayan YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu partiyanın inkişaf tarixinə qısa nəzər salıb. YAP-ı qələbələr partiyası adlandıran Hikmət Babaoğlu 1992-ci ildən başlayan tarix ərzində hər keçən gün YAP-ın daha da gücləndiyini, bu partiyanın nüfuzunun daha da artdığını, hər seçkidə yeni qələbələr qazanıldığını vurğulayıb. Eyni zamanda, qeyd edib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri də qələbələr seriyasının növbəti həqləsini təşkil edəcək.
Daha sonra YAP-ın bələdiyyə seçkilərinə “Xalqa xidmət naminə” şüarı ilə getdiyini vurğulayan səlahiyyətli nümayəndə qeyd edib ki, partiyamız bu seçkilərdə qarşısına bir sıra məqsədlər də qoyub. YAP yerli özünüidarəetmənin demokratikləşməsinin dərinləşməsi, bələdiyyələrin fəaliyyətinin daha keyfiyyətli təmin olunması məqsədilə hüquqi bazanın möhkəmləndirilməsi, “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasında bələdiyyələrin fəal iştirakının təmin edilməsi, yerli resursların daha səmərəli şəkildə istifadəsinin təşkili, bələdiyyə ərazilərində maddi mədəniyyət abidələrinin qorunması, turizm potensialının inkişafı, buna paralel olaraq, bölgələrdə turizmin inkişafının təmin olunması və digər mühüm məsələlərin həlli dekabrın 23-də keçiriləcək seçkilərdən sonra formalaşacaq bələdiyyələrin əsas diqqət ayırmalı olduğu başlıca vəzifələrdir.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

