YAP Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmlənməsində əvəzsiz rol oynayıb
20.11.2009 [10:44]
“Yeni Azərbaycan Partiyası (YAP) yarandığı ilk günlərdən öz monolitliyini və bütövlüyünü qoruyaraq ən mürəkkəb situasiyalardan uğurla çıxmış güclü siyasi təşkilatdır. Partiyamızın yaranmasının 17-ci ildönümünü qeyd etdiyimiz bu ərəfədə tam əminliklə vurğulaya bilərik ki, YAP üzərinə götürdüyü missiya, dövlətçiliyimizin möhkəmləndirilməsi, cəmiyyətin siyasi mədəniyyətinin formalaşdırılması, ölkəmizdə demokratiyanın inkişafı, fikir azadlığı və plüralizmin tam bərqərar olması yönündə gördüyü qlobal işlərlə Azərbaycan tarixində öz layiqli yerini tutub”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev söyləyib.
Hakim partiyanın Azərbaycanın müstəqillik tarixinin ən mürəkkəb dövrlərində təsis olunduğunu xatırladan T.Tağıyevin sözlərinə görə, YAP yaranmasından çox qısa bir müddət sonra konstruktiv və güclü siyasi təşkilat kimi özünü təsdiq edə bildi: “Bilirsiniz ki, həmin dövrdə Azərbaycan çox çətin sınaqlarla, daha konkret desək, ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bunun başlıca səbəbi isə o zamankı iqtidarın-AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, siyasi bacarıqsızlığı və dövlət idarəçiliyindəki təcrübəsizliyi idi. Eyni zamanda, xarici düşmənlərimizin, ölkəmizin müstəqillik əldə etməsindən narahat olan siyasi qüvvələrin getdikcə fəallaşması vəziyyəti daha da mürəkkəbləşdirirdi. O dövrdə, xalqımızın yeganə ümidi Ulu öndər Heydər Əliyevə idi. Bunu duyan, hiss edən xalqımızın öndə gedən ziyalıları ümumi ictimai dəstəyi və arzunu nəzərə alaraq dahi şəxsiyyəti ölkəmizi düşdüyü çətin durumdan xilas etmək üçün fəaliyyətə başladı. Bu müqəddəs amalı həm də dövlətimizin qurtuluş mübarizəsi kimi də səciyyələndirmək mümkündür. 1992-ci ildə Yeni Azərbaycan Partiyası təsis olunarkən də məhz bu niyyət ifadə olunmuşdu. YAP gələcək fəaliyyətində Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizin möhkəmlənməsinə, inkişafa xidmət etməli idi. Bu gün yaşadığımız dövrdən ötən tarixə qısaca nəzər saldıqda, partiyamızın bu məqsədinə çatdığını görərik”.
Partiyanın təsis olunmasından sonra cəmiyyətimizin təşkilatlanmasının və birlik formalaşdırılmasının daha effektiv şəkildə davam etdirildiyini deyən T.Tağıyevin sözlərinə görə, YAP ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə cəmiyyətin bütün mübariz, dövlətini sevən, öndə gələn və fəal üzvlərini öz ətrafında birləşdirərək müstəqilliyimizin müdafiəsinə qalxdı, dövlətimizin üzərindən qara buludların sovuşmasında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi. YAP Nərimanov rayon təşkilatının sədri deyib ki, məhz buna görə də, bu gün tam əminliklə Yeni Azərbaycan Partiyasının yaranmasının zamanın tələbindən irəli gəldiyini, YAP-ın dövlətçilik ənənələrinin möhkəmlənməsində əvəzsiz rol oynadığını söyləyə bilərik.
Partiyanın yaranmasından qısa müddət sonra hakimiyyətə gəldiyini deyən T.Tağıyev bu tarixi hadisənin dünya partiyaçılıq təcrübəsində çox az-az rast gəlinən hal olduğunu diqqətə çatdırıb. Bunun baş verməsinin isə bir çox səbəbləri var idi: “Birinci və ən önəmli səbəb YAP-ın Ulu öndər Heydər Əliyev tərəfindən yaradılması və dahi şəxsiyyətin bu partiyaya rəhbərlik etməsi idi. İkincisi, bu partiya ətrafında böyük ictimai nüfuza sahib olan şəxsiyyətlər toplaşmışdılar. üçüncüsü, partiya dövlətçiliyin inkişafına xidmət edən siyasi güc mərkəzi kimi özünü sübuta yetirmişdi. Bu detallar isə YAP-ın xalq arasında daha çox sevilməsini, dəstəklənməsini şərtləndirdi”.
Ulu öndər Heydər Əliyevdən sonra cənab Prezident İlham Əliyevin YAP-a rəhbərlik etməsinin partiyanın daha da güclənməsinə təkan verdiyini söyləyən T.Tağıyev deyib ki, dövlət başçısının gördüyü işlər, gerçəkləşdirdiyi qlobal fəaliyyət xalqın YAP-a olan inam və etimadını daha da artırdı.
T.Tağıyev, həmçinin, söyləyib ki, YAP-ın yubileyi təkcə partiya ətrafında birləşən 500 minə yaxın insan üçün deyil, ümumilikdə, xalq üçün böyük əhəmiyyətə malikdir. O, bir daha əminliklə vurğulayıb ki, ölkəmizin əldə etdiyi uğurlar məhz, partiya, onun qurucusu Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

