Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası İCAPP-ın Daimi Komitəsinə üzv seçilib

Yeni Azərbaycan Partiyası İCAPP-ın Daimi Komitəsinə üzv seçilib

03.11.2009 [09:07]

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) Yeni Azərbaycan Partiyasını (YAP) bu qurumun Daimi Komitəsinin üzvü qəbul edib. İCAPP-ın Daimi Komitəsinin həmsədri, İCAPP Katibliyinin baş katibi çunq Eu-yonqun Yeni Azərbaycan Partiyasına bu münasibətlə göndərdiyi məktubda deyilir ki, bu qərar Yeni Azərbaycan Partiyasının Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Asiyada sülhün və əmin-amanlığın bərqərar olması üçün həyata keçirdiyi fəaliyyət sahəsində xüsusi xidmətləri nəzərə alınaraq verilib. Belə ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 23-26 sentyabr 2009-cu ildə Astanada keçirilən V Baş Assambleyasında YAP nümayəndə heyətinin sədri, Milli Məclisin deputatı, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədovun yaxından iştirakı təşkilatının işinin daha da uğurlu alınmasında bir töhvə olub.
Qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının keçirdiyi tədbirlərdə yaxından və fəal iştirak edir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin 2010-cu ilin fevral ayında Nepalın paytaxtı Katmandu şəhərində keçiriləcək XII iclasında Yeni Azərbaycan Partiyası bu Komitədə daimi üzv kimi təmsil olunacaq.

Paylaş:
Baxılıb: 1235 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30