YAP Əzizbəyov rayon təşkilatı hədəflərinə maksimum şəkildə çatacaq
16.10.2009 [09:40]
Namiq Əhmədov deyib ki, təbliğat-təşviqat kampaniyasına start verildikdən sonra YAP Əzizbəyov rayon təşkilatı sistemli şəkildə bütün rayon üzrə fəal iş aparacaq: “Bu mərhələdə artıq biz kənd-kənd, qəsəbə-qəsəbə təbliğat işi aparacağıq. Amma bu dəfə də bizim əsas məqsədimiz “gəlib bizə səs verin” demək deyil, sadəcə, rayon sakinlərinin seçki prosesində aktivliyini artırmaqdır. Yəni, insanlar Yeni Azərbaycan Partiyasına olan inamını, etimadını seçki məntəqələrində göstərməlidirlər”.
Müxalifətin “şanslarına” toxunan YAP Əzizbəyov rayon təşkilatının sədri vurğulayıb ki, sosial bazası, seçki texnologiyası, alternativ platforması olmayan müxalifət bu dəfəki seçkilərdə də məğlub olacaq: “Siyasi fəaliyyət məqsəddən və bu məqsədi reallaşdırmaq üçün vasitələrdən, ideyalardan ibarətdirsə, demək müxalifət fəaliyyətsiz bir “çürük” orqanizmdir. çünki, müxalifətin nə məqsədi, nə ideyaları, nə də fəaliyyəti nəzərə çarpır. Ona görə də xalq onlara inanmır”.
YAP Əzizbəyov rayon təşkilatı Gənclər Birliyinin sədri İbrahim Mustafayev isə gənclərin bələdiyyə seçkilərində də, əvvəlki siyasi kampaniyalardakı kimi, fəal olacağını söyləyib: “Gənclər Birliyinin əsas prinsiplərindən biri o idi ki, bu dəfəki bələdiyyə seçkilərində gənclərin namizədliyi üstünlük təşkil etsin və biz buna nail ola bilmişik. çünki, gənclər bu gün cəmiyyətimizin aparıcı fəal təbəqəsidir. Gənclərimiz intellektual potensialını idarəçilik sahəsində də reallaşdırmalıdır. Dövlətimiz gənclərimizin yüksək təhsil almasına, cəmiyyətin intellektual təbəqəsinə çevrilməsinə və idarəçilik sahəsində özünü göstərməsinə böyük şərait yaradıb”.
İ.Mustafayevin sözlərinə görə, gənclərimiz ötən prezident seçkilərində və referendumda yüksək fəallıq nümayiş etdirmişdi: “Əminəm ki, bələdiyyə seçkilərində də cəmiyyətin ən aktiv təbəqəsi kimi gənclərimiz produktiv fəaliyyət göstərəcəklər”.
“Qadınlar cəmiyyətin aparıcı üzvləri kimi, siyasi proseslərdə də aktiv iştirak etməlidirlər”, deyən YAP Əzizbəyov rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Yusubova bildirib ki, Əzizbəyov rayon qadınları bələdiyyə seçkilərində də aktivlik nümayiş etdirəcəklər: “Əvvəlki siyasi kampaniyalarda YAP Əzizbəyov rayon təşkilatının Qadınlar Şurası yüksək fəallıq nümayiş etdirərək böyük nailiyyətlər əldə ediblər. çalışacağıq ki, bu dəfəki siyasi kampaniyada qadınların seçkilərdə iştirak payı daha da yüksəlsin”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18

