Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Astara rayon təşkilatı bələdiyyə seçkilərinə ciddi hazırlaşır

YAP Astara rayon təşkilatı bələdiyyə seçkilərinə ciddi hazırlaşır

10.10.2009 [10:05]

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinə ciddi hazırlaşır. Təşkilatın sədri Natiq İbadov bildirib ki, yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərlə əlaqədar hazırlanmış tədbirlər planında seçici siyahılarının dəqiqləşdirilməsi, bələdiyyə üzvlüyünə namizədlərin müəyyən edilməsi və irəli sürülməsi, onların təşviqat kampaniyasının təşkili və digər məsələlər nəzərdə tutulub. Bununla bağlı 61 nəfərdən ibarət qərargah  yaradılıb, üzvlər arasında vəzifə bölgüsü aparılıb. öz sıralarında 5 mindən artıq partiya üzvünü birləşdirən rayon təşkilatı bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsini təmin etmək, seçkilərdə partiya üzvlərinin fəallığını artırmaq, partiyanın layiqli üzvlərinin namizədliyini irəli sürmək və onların seçkilərdə qalib gəlməsi üçün öz işini səmərəli qurub.
Xatırladaq ki, rayonda bələdiyyələr birləşdirilmiş, onların sayı 49-dan 18-ə endirilib. Bələdiyyə seçkilərində rayonun 15 ərazi icra nümayəndəliyi üzrə 68 seçki məntəqəsində 182 bələdiyyə üzvlüyünə namizəd mübarizə aparır.
Paylaş:
Baxılıb: 1377 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30