YAP-ın qazandığı uğurlar partiyanın yüksək nüfuzunun və səmərəli fəaliyyətini göstərir
13.07.2017 [09:54]
Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının VII konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatının VII konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Milli Məclisin deputatı Tahir Süleymanov, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər.
Konfransı giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Diqqətə çatdırılıb ki, hesabat dövründə YAP Siyəzən rayon təşkilatı öz fəaliyyətini Heydər Əliyev ideyalarının, Yeni Azərbaycan Partiyasının V Qurultayında partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə yönəltmişdir.
Konfransda Nəzarət-Təftiş Qrupunun sədri Eldar Muradovun məruzəsi dinlənilib. Məruzə ətrafında çıxış edənlər Zəfər Əliyev, Azər Babayev, Akif Xıdırov, Ramilə Seyidova, Samir Baxşıyev və digərləri rayon təşkilatının VII konfransa qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.
Konfransda çıxış edən Milli Məclisin deputatı Tahir Süleymanov partiyanın yarandığı tarixi şəraitdən, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və YAP-ın cəmiyyətdə aparıcı rolundan danışıb, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs edib. T.Süleymanov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası xalqın istək və arzularının ifadəsi kimi tarixi zərurətdən yaranıb.
Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyətinin Azərbaycanda milli həmrəyliyi və bütövlüyü, ictimai-siyasi sabitliyi, sürətli inkişafı təmin etdiyini deyən T.Süleymanov əlavə edib ki, bu gün cəmiyyətimizin bütün təbəqələrindən olan insanlar Yeni Azərbaycan Partiyasına üz tuturlar: “Yeni Azərbaycan Partiyasının fəaliyyətinin uğurlu nəticələrini göstərən faktlardan biri də budur ki, partiyamız 1993-cü ildən etibarən keçirilən bütün seçkilərdə qələbə çalıb”.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu YAP-ın yaranması tarixindən və keçdiyi şərəfli yoldan bəhs edib. Hikmət Babaoğlu qeyd edib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, həm də Cənubi Qafqazda ən böyük siyasi partiyadır: “Yeni Azərbaycan Partiyası ötən müddət ərzində çətin və şərəfli yol keçib. Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının əldə etdiyi çoxsaylı nailiyyətlər Azərbaycanın inkişafında özünəməxsus yer tutur. YAP-ın qazandığı uğurlar partiyanın yüksək nüfuzu və səmərəli fəaliyyətini göstərir. Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli-siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir”.
YAP-ın ümumxalq partiyası olduğunu deyən millət vəkilinin fikrincə, bir siyasi təşkilat üçün bundan daha yüksək qiymət ola bilməz. Onun sözlərinə görə, YAP əldə etdiyi uğurlarla qələbələr partiyası olduğunu sübuta yetirib. “Eyni zamanda, siyasi varislik YAP-ın əsas prinsiplərindən biridir. YAP milli dəyərlərə söykənərək inkişaf edir. Ona görə də hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaq”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Konfransda çıxış edən Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov isə diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Yeni Azərbaycan Partiyası Azərbaycanı mürəkkəb vəziyyətdən xilas etdi, ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas olub inkişaf yoluna qədəm qoydu. Ümummilli liderin gərgin əməyi sayəsində Azərbaycan müstəqil dövlət kimi beynəlxalq arenada da öz sözünü deyən ölkəyə çevrildi. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti həm ölkəmizin inkişafını təmin edib, həm də Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə alternativsiz siyasi qüvvə kimi qəbul edilir.
A.Hüseynov əlavə edib ki, milli maraqlar əsasında fəaliyyət göstərən YAP cəmiyyətin bütün təbəqələrindən olan nümayəndələrini öz sıralarında birləşdirib.
Konfransda daha sonra təşkilati məsələlərə baxılıb, Etibar Heydərov yenidən partiya rayon təşkilatının sədri seçilib. Həmçinin təşkilatın 25 nəfərdən ibarət Şurası və 5 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu seçilib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19

