/ / YAP bu gün Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərir və uğurla inkişaf edir
YAP bu gün Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərir və uğurla inkişaf edir
30.10.2015 [10:37]
19 saylı Nərimanov birinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının Milli Məclis üzvlüyünə namizədi Hikmət Babaoğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində Nərimanov rayon gəncləri ilə görüşü olub
Hikmət Babaoğlu: Heydər Əliyevçilik Azərbaycan milli dövlətçiliyi, onun ideoloji-siyasi əsasları və milli-mənəvi təməlləri deməkdir
Dünən 19 saylı Nərimanov birinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclis üzvlüyünə namizədi Hikmət Babaoğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində Nərimanov rayon gəncləri ilə görüşü olub.
Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı Seçki Qərargahının sədri Təmraz Tağıyev qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərin ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə olduğunu qeyd edib. O, eyni zamanda, parlament seçkilərində YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü deyib. T.Tağıyev gənclərin məhz YAP tərəfindən irəli sürülmüş namizədləri dəstəkləyəcəklərinə əminliyini vurğulayıb.
T.Tağıyev Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğının nəticələrindən, dövlət gənclər siyasətindən geniş bəhs edib. O həmçinin ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə hər bir gəncin aktiv iştirak edəcəyinə əminliyini bildirib.
Çıxış edən deputatlığa namizəd, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, demokratik siyasi sistemə malik olan Azərbaycanda seçkilər yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilir: “Eyni zamanda, Azərbaycan siyasi palitrasının ən güclü ictimai-siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası mütəmadi qələbələr qazanır və seçki təcrübəsini daim artırır. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi sisteminə daxil olması normal siyasi partiya və demokratik siyasi sistem haqqında təsəvvür formalaşdırmağa başladı. Bundan sonra YAP lokomotiv siyasi güc olmaqla sürətlə inkişaf etməyə, siyasi sistemə yeni dəyərlər təqdim etməyə başladı. YAP həmçinin üzərinə düşən tarixi missiyanı reallaşdıraraq siyasi mədəniyyətin formalaşması və yeni komponentlərlə zənginləşməsində müstəsna rol oynadı”.
Hikmət Babaoğlu əlavə edib ki, YAP bu gün Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərir və uğurla inkişaf edir: “Heydər Əliyevçilik Azərbaycan milli dövlətçiliyi, onun ideoloji-siyasi əsasları və milli-mənəvi təməlləri deməkdir. Azərbaycan gəncliyi də Ümummilli liderin zəngin irsindən bəhrələnir, öz fəaliyyətində Onun ideyalarını rəhbər tutur”.
“Eyni zamanda, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm partiyamız, həm də dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın daxili və xarici siyasəti müstəqilliyi ilə seçilir. Bugünkü müstəqilliyimizin qorunub inkişaf etdirilməsi məsələsində də gənclərin üzərinə böyük məsuliyyət düşür. Prezident İlham Əliyev də çıxışlarında gənclərə inandığını vurğulayıb. Çünki hər bir xalq üçün müstəqillik ən böyük nemətdir. Ümumiyyətlə, bəşəriyyət tarixi xalqların mübarizə tarixidir. Azərbaycan xalqının dövlətçilik tarixi beş min ilə qədər gedib çıxır. Elə xalqlar var ki, həm dövlətləri, həm özləri dünyadan siliniblər. Amma bizim xalqımız çətin mübarizələrdən keçərək öz dövlətçiliyini qoruyub saxlaya bilib. Azərbaycan gəncliyi ayıq-sayıq olmalıdır. Partiyamızın Sədri, Prezidentimiz İlham Əliyevin gənclərə əsas tövsiyəsi də bundan ibarətdir. YAP-ın Proqram və Nizamnaməsində azərbaycançılıq ideologiyası əsas götürülür. Çox sevindirici haldır ki, xalqımız bu ideologiya ətrafında sıx birləşib”, - deyə deputatlığa namizəd vurğulayıb.
YAP-ın hər zaman gəncliyin inkişafına dəstək verdiyini deyən Hikmət Babaoğlu gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45

