Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zəngilanın dünəni, bu günü və gələcəyi

Zəngilanın dünəni, bu günü və gələcəyi

20.10.2026 [23:04]

20 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Statistika idarəsi” və “Ağstafa şəhər Təhsil işçiləri” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 20 oktyabr “Zəngilan şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, hər bir xalqın tarixində onun milli qürurunu, vətənə bağlılığını və azadlıq əzmini təcəssüm etdirən əlamətdar günlər vardır. Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan belə günlərdən biri də 20 Oktyabr – Zəngilan şəhəri Günüdür. Bu əlamətdar tarix xalqımızın doğma torpaqlarına qayıdış iradəsini, qəhrəmanlığını və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin tarixi nəticələrini özündə əks etdirir. Zəngilan şəhəri günü yalnız bir şəhərin azadlığının qeyd olunması deyil, həm də milli birliyimizin, dövlətimizin qüdrətinin və gələcəyə olan inamımızın ifadəsidir.

Tədbirdə çıxış edən digər natiqlər – Ağstafa şəhər 1 №-li tam orta ümumtəhsil məktəbin müəllimi Arif Muradov, partiya fəalları Nərgiz Şıxməmmədova və “Statistika idarəsi”  Ərazi Partiya Təşkilatının sədr müavini Dilarə Sultanlı bildiriblər ki, Zəngilan Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və özünəməxsus təbiətə malik bölgələrindən biridir. Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən bu ərazi tarixən öz strateji mövqeyi, təbii sərvətləri, münbit torpaqları və gözəl mənzərələri ilə seçilmişdir. Zəngilanın coğrafi mövqeyi onun həm ölkəmizin iqtisadi həyatında, həm də regionun nəqliyyat və kommunikasiya əlaqələrində mühüm rol oynamasına imkan verir. Bu diyarın tarixi və mədəni irsi Azərbaycan xalqının milli yaddaşının ayrılmaz hissəsidir.

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31