Dövlətçilik irsindən dayanıqlı gələcəyə
17.10.2026 [18:38]
Nəsimi rayonu Füzuli küçəsi 65 üzrə Ərazi Partiya Təşkilatının akt zalında (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
Oktyabrın 16-da Nəsimi rayonu Füzuli küçəsi 65 ünvanında (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ) Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin, eləcə də qarşıdakı dövr üzrə strateji prioritetlərin müzakirəsinə həsr olunan “Dövlətçilik irsindən dayanıqlı gələcəyə: Böyük Qayıdış və yeni şəhərlər” mövzusunda müşavirə keçirilib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq, əziz xatirəsi ehtiramla anılıb.
Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra Komitə) sədri Anar Quliyev YAP-ın VIII Qurultayının əhəmiyyətinə toxunub. O, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl davam etdirildiyini vurğulayıb. Ölkədə həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələrindən bəhs edən Komitə sədri onların ərazilərin kompleks inkişafına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini bildirib. Komitə sədrinin çıxışında dövlətçilik irsinin müasir inkişaf hədəfləri ilə uzlaşdırılmasının, şəhərsalma və memarlıq sahəsində həyata keçirilən siyasətin konkret nəticələrlə möhkəmləndirilməsinin, eləcə də “Böyük Qayıdış” prosesinin uğurla davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə yanaşı, ölkənin bütün regionlarının inkişafına və paytaxtın müasir memarlıq simasının formalaşdırılmasına xüsusi diqqət yetirildiyini qeyd edib. Bu baxımdan Anar Quliyev 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin dövlətin bu sahəyə göstərdiyi diqqəti və şəhərsalma siyasətinin Azərbaycanın dayanıqlı inkişafındakı strateji rolunu əks etdirdiyini vurğulayıb.
Müşavirədə Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Məlahət İbrahimqızı və Partiyanın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov da çıxış ediblər. Onlar dövlətçilik ənənələrinin davamlılığı, milli birliyin möhkəmləndirilməsi, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu və VIII Qurultayda müəyyən edilmiş strateji istiqamətlər, həmçinin ölkənin davamlı inkişafında şəhərsalmanın rolu, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin strateji əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Komitənin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov işğaldan azad edilmiş ərazilərdə Baş planlar əsasında şəhər və yaşayış məntəqələrinin yeni memarlıq-şəhərsalma simasının formalaşdırılması, müasir yaşayış məhəllələrinin salınması, abadlaşdırılmış ictimai məkanların yaradılması, sosial və mühəndis-nəqliyyat infrastrukturunun inkişafı barədə məlumat verib. Təqdimatda 47 yaşayış məntəqəsində 100 minə yaxın insanın yaşadığı, işlədiyi və təhsil aldığı bu ərazilərdə dayanıqlı şəhərsalma prinsiplərinin tətbiqi, müasir infrastrukturun inkişafı və əhalinin doğma torpaqlarına qayıdışı üçün rahat yaşayış mühitinin yaradılması istiqamətində görülən işlərdən bəhs olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxSiyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12

