YAP Samux rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında silsilə tədbirlər davam etdirilir
14.10.2026 [16:18]
Oktyabrın 14-də YAP Samux rayon təşkilatının Çobanabdallı, Qarabağlar və Əhmədbəyli kənd ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər və qarşıya qoyulan strateji hədəflərlə bağlı növbəti tədbirlər keçirilib.
Tədbirlər zamanı öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışı Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, Yeni Azərbaycan Partiyasının qarşısında duran mühüm vəzifələri də aydın şəkildə ortaya qoyur. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə və dövlətçilik ənənələrinə əsaslanan inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Çıxışlar zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi və hərbi potensialının güclənməsi tarixi nailiyyətlər kimi dəyərləndirilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin, Böyük Qayıdış prosesinin sürətləndirilməsinin və əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Tədbirlərdə müasir dövrün çağırışları fonunda ideoloji təhlükəsizliyin qorunması məsələsinə xüsusi diqqət yetirilib. Qeyd edilib ki, informasiya məkanında yayılan yanlış məlumatlara və təxribatlara qarşı mübarizədə cəmiyyətin maarifləndirilməsi, gənclərin milli-mənəvi dəyərlərə və vətənpərvərlik prinsiplərinə bağlılığının gücləndirilməsi vacibdir. Bu baxımdan, partiya fəallarının üzərinə düşən əsas vəzifələrdən biri ölkəmizdə həyata keçirilən siyasətin mahiyyətini, əldə olunan nailiyyətləri və Azərbaycanın real inkişaf mənzərəsini ictimaiyyətə dolğun şəkildə çatdırmaqdır.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası yalnız siyasi proseslərin iştirakçısı deyil, həm də cəmiyyətlə dövlət arasında əlaqələrin möhkəmləndirilməsinə, milli həmrəyliyin qorunmasına və dövlətçilik ideyalarının təşviqinə töhfə verən mühüm siyasi qüvvədir. Buna görə də partiya üzvləri fəaliyyətlərində müasir yanaşmalara üstünlük verməli, ictimaiyyətlə ünsiyyəti genişləndirməli və qarşıya qoyulan vəzifələrin icrasında fəallıq nümayiş etdirməlidirlər.
Tədbirlərin sonunda Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn hədəflərin həyata keçirilməsində YAP Samux rayon təşkilatının üzvlərinin üzərinə düşən məsuliyyət bir daha vurğulanıb. İştirakçılar ölkəmizin davamlı inkişafına, dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə və milli maraqlarımızın qorunmasına bundan sonra da öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxGündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42
YAP xəbərləri
14 Oktyabr 12:39
YAP xəbərləri
14 Oktyabr 12:30
Gündəm
14 Oktyabr 12:25
MEDİA
14 Oktyabr 12:19
YAP xəbərləri
14 Oktyabr 12:00
İqtisadiyyat
14 Oktyabr 11:49
YAP xəbərləri
14 Oktyabr 11:37
YAP xəbərləri
14 Oktyabr 11:32
Siyasət
14 Oktyabr 11:26
Siyasət
14 Oktyabr 11:25
Gündəm
14 Oktyabr 11:19
Dünya
14 Oktyabr 11:12
Siyasət
14 Oktyabr 10:42
Gündəm
14 Oktyabr 10:41
Dünya
14 Oktyabr 10:35
Elm
14 Oktyabr 10:15
Mədəniyyət
14 Oktyabr 09:53
YAP xəbərləri
14 Oktyabr 09:53
Yeni texnologiyalar
14 Oktyabr 09:39
Analitik
14 Oktyabr 09:20
Sosial
14 Oktyabr 08:57
Sosial
14 Oktyabr 08:32
Gündəm
14 Oktyabr 08:10
Siyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
YAP xəbərləri
13 Oktyabr 18:38
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41

