Qurultayın qərarları Partiyanın qarşıdakı fəaliyyəti üçün proqram sənədidir
14.10.2026 [12:07]
2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin söylədiyi fikirlər ölkəmizin keçdiyi tarixi inkişaf yolunun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran strateji vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Partiya sədri çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolunu xüsusi vurğulayaraq partiyanın fəaliyyətinin yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyət kəsb etdiyini bildirdi. Çıxışda vurğulandı ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası ötən dövr ərzində dövlətçilik maraqlarının qorunması, siyasi sabitliyin möhkəmləndirilməsi və Azərbaycanın inkişafı istiqamətində ardıcıl fəaliyyət göstərib.
Möhtərəm Prezidentin çıxışında Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası xüsusi yer tutdu. Bildirildi ki, VIII Qurultay əvvəlki qurultaylardan fərqli olaraq, Azərbaycanın öz suverenliyini tam təmin etdiyi yeni siyasi və geosiyasi şəraitdə keçirilir. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20 də həyata keçirilən antiterror tədbirləri suverenliyimizin tam bərpası olmaqla, ölkəmizin tarixində mühüm mərhələ olmuşdur. Bu nailiyyətlər Azərbaycan dövlətinin qətiyyətinin, milli birliyin və xalqımızın iradəsinin təntənəsi kimi dəyərləndirilir.
Dövlət başçısı Azərbaycanın əldə etdiyi uğurların asanlıqla qazanılmadığını, ölkəmizin müxtəlif təzyiqlərlə və çətinliklərlə üzləşdiyini diqqətə çatdırıb. Bununla belə, həyata keçirilən məqsədyönlü siyasət, qətiyyətli mövqe və xalqın birliyi qarşıya qoyulan hədəflərə çatmağa imkan verib. Bu baxımdan, milli həmrəyliyin qorunması və dövlət maraqlarının hər zaman üstün tutulması Azərbaycanın gələcək inkişafı üçün də mühüm amillərdir.
Partiya liderinin Qurultaydakı çıxışında müasir dünyada baş verən proseslər və təhlükəsizlik məsələləri də diqqət mərkəzində oldu. Onun nitqində beynəlxalq münasibətlər sistemində gərginliyin artdığı, müxtəlif regionlarda münaqişələrin davam etdiyi bir şəraitdə Azərbaycanın müdafiə qabiliyyətinin və hərbi potensialının gücləndirilməsinin vacibliyini vurğuladı. Dövlətimizin təhlükəsizliyinin təmin edilməsi, mümkün təhdidlərin qarşısının alınması və müstəqil siyasətin davam etdirilməsi qarşıda duran əsas vəzifələr kimi müəyyən edildi.
Eyni zamanda, ölkənin iqtisadi inkişafı, Qarabağ və Şərqi Zəngəzurun bərpası, əhalinin sosial rifahının yüksəldilməsi kimi məsələlər də mühüm prioritetlər sırasında yer aldı. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması və yeni inkişaf hədəflərinə çatması üçün siyasi sabitliyin, milli birliyin və dövlətçilik ənənələrinin davamlı şəkildə möhkəmləndirilməsinin vacibliyi də çıxışda yer almışdı.
Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin yeni inkişaf mərhələsində qarşıya qoyulan məqsədlərin müəyyənləşdirilməsi baxımından əlamətdar hadisədir. Qurultay Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə də ölkənin ictimai-siyasi həyatında fəal iştirakının və dövlətçilik məqsədlərinin həyata keçirilməsinə töhfə verməsinin əhəmiyyətini nümayiş etdirdi.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSiyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Mədəniyyət
16 Oktyabr 10:04
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
16 Oktyabr 01:20
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59

