Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
13.10.2026 [14:15]
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında növbəti mühüm mərhələnin başlanğıcını ifadə edən müstəsna siyasi hadisə kimi diqqəti cəlb edir. 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən qurultayın əhəmiyyəti yalnız partiyanın fəaliyyətinin növbəti hesabat dövrünün yekunlaşdırılması ilə məhdudlaşmır. Bu ali məclis Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, ölkənin qarşısında tamamilə yeni imkanların və eyni zamanda fərqli çağırışların dayandığı bir tarixi mərhələdə keçirilməsi baxımından xüsusi mənaya malikdir.
VIII Qurultaya qədər keçilən mürəkkəb və şərəfli yola nəzər saldıqda, Azərbaycan dövlətçiliyinin son onilliklərdəki inkişaf xəttini aydın görmək mümkündür. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ağır ictimai-siyasi şəraitin doğurduğu tarixi zərurətdən meydana gəlmişdi. Həmin dövrdə ölkənin qarşısında duran təməl vəzifələr dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi idi. Bu baxımdan YAP-ın yaranması sıradan bir siyasi təşkilatın təsis olunması deyil, cəmiyyətin güclü dövlətçiliyə, milli maraqları əsas götürən siyasi xəttə olan dərin tələbatının real ifadəsi idi.
VIII Qurultayın gündəliyi həmin başlanğıc nöqtəsi ilə indiki Azərbaycan arasında nə qədər böyük məsafənin qət edildiyini növbəti dəfə nümayiş etdirir. Partiyanın VII Qurultayı 2021-ci ildə, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən qısa müddət sonra keçirilmişdi. VIII Qurultay isə prinsipcə daha fərqli reallıqda baş tutdu: artıq Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, dövlət suverenliyi də tam bərpa olunub. Prezident, YAP Sədri İlham Əliyevin qurultaydakı dərin məzmunlu çıxışında bu məqam xüsusi vurğulandı. Dövlət başçısının qeyd etdiyi kimi, bu tədbir Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra keçirilən ilk YAP qurultayıdır.
Məhz bu fərq VII və VIII qurultaylar arasındakı siyasi məzmun dinamikasını müəyyənləşdirir. VII Qurultayın əsas fonunda Zəfərin yaratdığı yeni reallıqlar və postmüharibə dövrünün ilkin vəzifələri dayanırdısa, VIII Qurultayın əsas xüsusiyyəti həmin tarixi nəticələrin qorunması, möhkəmləndirilməsi və uzunmüddətli inkişaf strategiyasına çevrilməsidir. Başqa sözlə, söhbət yalnız qələbə qazanmaqdan deyil, qələbənin yaratdığı siyasi, iqtisadi və geostrateji imkanlardan maksimum səmərəli istifadə etməkdən gedir.
Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Azərbaycanın bugünkü siyasi çəkisi və nüfuzu yalnız bir istiqamətdə görülən işlərin nəticəsi deyil. Bu uğurun arxasında illər ərzində formalaşdırılmış iqtisadi dayanıqlılıq, güclü hərbi potensial, çevik diplomatiya və milli həmrəylik sistemi dayanır. Müasir Azərbaycanın dövlətçilik modelinin təməl prinsipləri Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ardıcıl şəkildə formalaşdırılmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə yeni dövrün və geosiyasi şəraitin tələblərinə uyğun şəkildə inkişaf etdirilmişdir.
Qurultayın vacib mesajlarından biri təhlükəsizlik məsələlərinə müasir yanaşma ilə bağlıdır. Suverenliyin bərpası təhlükəsizlik mövzusunun gündəmdən çıxması anlamına gəlmir; əksinə, yeni geosiyasi şərait müdafiə imkanlarının daim gücləndirilməsini zəruri edir. Müasir dövrdə təhlükəsizlik anlayışı fiziki sərhədlərin qorunması ilə mahdudlaşmır. İnformasiya məkanı, ictimai şüurun qorunması, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və kənar ideoloji təsirlərə qarşı dayanıqlılıq dövlət təhlükəsizliyinin ayrılmaz hissələrinə çevrilib.
Bu səbəbdən YAP qarşısında ideoloji işin müasir metodlarla qurulması vəzifəsi dayanır. Cəmiyyət və informasiya mühiti sürətlə dəyişdiyi üçün siyasi təşkilatın cəmiyyətlə ünsiyyət vasitələri də yenilənməlidir. Qurultayda formal xarakter daşıyan tədbirlərdən və şablon yanaşmalardan uzaqlaşmağın, ideoloji işin daha effektiv üsullarla aparılmasının vacibliyi xüsusi qeyd olundu.
YAP böyük üzv potensialına malikdir. VIII Qurultaya hazırlıq çərçivəsində 84 yerli təşkilatda hesabat konfranslarının keçirilməsi, 16 mindən çox şəxsin bu prosesdə iştirak etməsi və beş il ərzində 95 mindən artıq yeni üzvün partiya sıralarına qəbul olunması təşkilatın kütləviliyini göstərir. Lakin yeni mərhələdə əsas diqqət yalnız kəmiyyətə deyil, üzvlərin ictimai proseslərdəki fəallığına, siyasi hazırlığına və cəmiyyətlə canlı dialoq qurmaq bacarığına yönəldilməlidir.
Gündəliyin digər prioritet istiqaməti Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Azad edilmiş ərazilərin yenidən qurulması Zəfərin gələcəyə daşınması deməkdir. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, bölgənin inkişafına indiyədək 28 milyard manat vəsait yönəldilib, 48 yaşayış məntəqəsində məskunlaşma həyata keçirilib. Bu böyük quruculuq prosesi təkcə infrastruktur layihələri deyil, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı və həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasıdır.
Azərbaycan artıq regional proseslərin sadəcə iştirakçısı deyil, Cənubi Qafqazın siyasi və təhlükəsizlik gündəliyini müəyyən edən əsas güc mərkəzidir. Bu baxımdan VIII Qurultayın mahiyyətini "qələbədən sonra məsuliyyət mərhələsi" kimi xarakterizə etmək olar. Qələbəni dövlətin uzunmüddətli, dayanıqlı inkişaf modelinə çevirmək böyük siyasi məsuliyyət tələb edir.
YAP üzvləri, fəalları və veteranları bu mərhələdə cəmiyyətlə dövlət arasında sağlam siyasi kommunikasiya yaradan, yeni nəsli dövlətçilik ideyaları ətrafında birləşdirən aparıcı qüvvə rolunu davam etdirməlidir. VIII Qurultayın əsas çağırışı da məhz budur: qazanılmış tarixi nəticələri qorumaq, milli həmrəyliyi möhkəmləndirmək və Zəfərdən doğan yeni imkanları Azərbaycanın davamlı gələcəyinə yönəltməkdir.
Səyyaf Məmiyev
Laçın Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, YAP veteranı
Xəbər lenti
Hamısına baxGündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42
YAP xəbərləri
14 Oktyabr 12:39
YAP xəbərləri
14 Oktyabr 12:30
Gündəm
14 Oktyabr 12:25
MEDİA
14 Oktyabr 12:19
YAP xəbərləri
14 Oktyabr 12:00
İqtisadiyyat
14 Oktyabr 11:49
YAP xəbərləri
14 Oktyabr 11:37
YAP xəbərləri
14 Oktyabr 11:32
Siyasət
14 Oktyabr 11:26
Siyasət
14 Oktyabr 11:25
Gündəm
14 Oktyabr 11:19
Dünya
14 Oktyabr 11:12
Siyasət
14 Oktyabr 10:42
Gündəm
14 Oktyabr 10:41
Dünya
14 Oktyabr 10:35
Elm
14 Oktyabr 10:15
Mədəniyyət
14 Oktyabr 09:53
YAP xəbərləri
14 Oktyabr 09:53
Yeni texnologiyalar
14 Oktyabr 09:39
Analitik
14 Oktyabr 09:20
Sosial
14 Oktyabr 08:57
Sosial
14 Oktyabr 08:32
Gündəm
14 Oktyabr 08:10
Siyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
YAP xəbərləri
13 Oktyabr 18:38
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41

