/ / Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında iclas keçirildi
Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında iclas keçirildi
08.10.2026 [22:59]
Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının Gədəbəy Peşə Liseyi , Arıqdam və Qaradağ kənd ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı iclas keçirildi. İclasda cıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev qeyd etdi ki ”Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan tarixinin mühüm siyasi hadisələrindən biridir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan bu siyasi təşkilat ölkəmizin dövlətçilik tarixində mühüm rol oynayıb. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, YAP-ın yaradılması xalqın tələbi idi. Partiyanın keçdiyi tarixi yol Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyin qorunması və ölkənin inkişafı ilə sıx bağlıdır.
Bu gün Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın aparıcı siyasi qüvvələrindən biri kimi böyük siyasi nüfuza malikdir. Üç onillikdən artıq müddətdə partiyanın fəaliyyəti ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutub. YAP üzvləri Azərbaycanın inkişafına, dövlətçilik ənənələrinin qorunmasına və qarşıya qoyulan milli məqsədlərin həyata keçirilməsinə öz töhfələrini verirlər.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər və 2023-cü ildə ərazi bütövlüyünün və suverenliyinin tam bərpası xüsusi diqqət çəkən məsələlərdən olub. Bu nailiyyətlər Azərbaycan xalqının tarixində yeni mərhələnin başlanğıcını qoyub. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri isə Zəfərin yaratdığı yeni reallıqların praktik nəticələridir.
Çıxışın mühüm istiqamətlərindən biri də Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamlılığı məsələsidir. Bu gün Azərbaycanın inkişaf strategiyasının əsasında dayanan siyasi kursun dəyişməz olaraq davam etdirilməsi ölkəmizin əldə etdiyi uğurların əsas amillərindən biridir.
Cənab Prezident çıxışında ideoloji işin müasir dövrün tələblərinə uyğun təşkil edilməsinin vacibliyini də vurğulayıb. Müasir informasiya mühitində həqiqətlərin cəmiyyətə düzgün və operativ şəkildə çatdırılması mühüm vəzifələrdəndir. Bu baxımdan, xüsusilə gənclərin düzgün məlumatlandırılması, milli dəyərlərə və dövlətçilik prinsiplərinə bağlılığının gücləndirilməsi böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın xarici siyasətinin uğurları da geniş şəkildə diqqətə çatdırılıb. Azərbaycanın müxtəlif dövlətlərlə çoxşaxəli münasibətlər qurması, milli maraqlarını qətiyyətlə müdafiə etməsi və müstəqil xarici siyasət həyata keçirməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Azərbaycan heç bir siyasi düşərgəyə qoşulmadan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür.”
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

