Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Sabunçu rayon təşkilatında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib

YAP Sabunçu rayon təşkilatında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib

08.10.2026 [22:53]

YAP Sabunçu rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması xalqımızın milli iradəsinin, dövlətçilik ənənələrinə sədaqətinin və Azərbaycanın parlaq gələcəyinə inamının ifadəsi idi. Onun sözlərinə görə, qısa müddət ərzində geniş xalq dəstəyi qazanan partiya ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilib. Qeyd olunub ki, əgər VII Qurultaydan sonrakı dövrün əsas siyasi məzmununu Zəfər, ərazi bütövlüyünün bərpası və Qarabağın işğaldan azad edilməsi təşkil edirdisə, VIII Qurultay artıq tam suverenliyini bərpa etmiş Azərbaycanın qarşısında dayanan yeni vəzifələri müəyyənləşdirir. Bu baxımdan Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər yalnız görülən işlərin hesabatı deyil. Bu çıxış Azərbaycanın gələcək inkişaf istiqamətlərinə dair mühüm strateji mesajlar toplusudur.

Çıxış edən YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov qeyd edib ki, şərəfli yol keçən Yeni Azərbaycan Partiyası çoxsaylı tarixi uğurlar əldə edib. O bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı inkişaf yolunda inamla irəliləyir. YAP-ın VIII Qurultayı həm də qarşıdakı mərhələnin vəzifələrinə baxış baxımından əhəmiyyətlidir. Yeni tarixi reallıqlar Azərbaycan qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaradır. Suverenliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, hərbi potensialın gücləndirilməsi, insan kapitalının inkişafı, gənclərin dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakının təmin edilməsi qarşıdakı dövrün əsas istiqamətləri sırasında yer alır.

2 saylı Doğum Evinin rəhbəri, ərazi partiya təşkilatının sədri Səadət Şamilova, Maştağa xəstəxanasının rəhbəri, ərazi partiya təşkilatının sədri Namiq Nəbiyev, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, partiya veteranı Oruc Məmmədov çıxışlarında Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan, Prezident İlham Əliyevin ətrafında sıx birləşən Yeni Azərbaycan Partiyasının üzvlərinin bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Paylaş:
Baxılıb: 73 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31