Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni dövrün çağırışları və YAP-ın strateji prioritetləri

Yeni dövrün çağırışları və YAP-ın strateji prioritetləri

08.10.2026 [22:50]

YAP Ağstafa rayon təşkilatı tərəfindən “Köçəsgər kənd”, “Eynallı kənd”, “Həsənsu kənd” və “Vurğun qəsəbə” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, YAP-ın VIII Qurultayı ölkəmizin yeni ictimai-siyasi və geosiyasi reallıqlar fonunda qarşıda duran mühüm vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qurultayda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra yeni mərhələnin əsas prioritetləri diqqətə çatdırılıb.

Daha sonra çıxış edən natiqlər – Qurultay nümayəndəsi Nizami İsgəndərov, “Eynallı kənd” Ərazi Partiya Təşkilatının sədri Güldərya Kərimova, “Köçəsgər kənd” Ərazi Partiya Təşkilatının sədri Akim Namazov və Köçəsgər kənd 1 №-li tam orta ümumtəhsil məktəbin direktoru Gülnarə Musayeva bildiriblər ki, Yeni Azərbaycan Partiyasının üzvləri və fəalları dövlət siyasətinin əsas istiqamətlərinin cəmiyyətə çatdırılmasında, milli həmrəyliyin və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsində fəal rol oynamalıdırlar. VIII Qurultayda müəyyənləşdirilən strateji vəzifələr YAP üzvlərinin qarşısında mühüm məsuliyyət qoyur. Partiya üzvləri bundan sonra da dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və Azərbaycanın davamlı inkişafına öz töhfələrini verməlidirlər.

Paylaş:
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31