Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şəmkirdə Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

Şəmkirdə Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

18.09.2026 [23:51]

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şəmkir Əhməd Cavad adına Mədəniyyət Mərkəzində 18 sentyabr Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

Tədbirdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Səbuhi Xasməmmədov, digər rəsmi qonaqlar, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, musiqi məktəbinin müəllim və şagirdləri, eləcə də valideynlər iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına, Azərbaycan musiqi mədəniyyətinin inkişaf tarixinə həsr olunmuş sərgi ilə tanış olublar.

Çıxışlarda Azərbaycan milli musiqisinin zəngin tarixi, milli musiqi irsinin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan professional musiqisinin formalaşması və inkişafında dahi bəstəkar Üzeyir Hacıbəylinin müstəsna xidmətləri qeyd olunub.

Daha sonra Şəmkir Mədəniyyət Mərkəzinin və Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin şagird və müəllimlərinin ifasında Üzeyir Hacıbəylinin yaradıcılığından nümunələr səsləndirilib.

Tədbirin sonunda Milli Musiqi Günü münasibətilə rayonda milli musiqimizin təbliğində xidmətləri olan şəxslərə YAP Şəmkir rayon təşkilatının və Şəmkir Rayon İcra Hakimiyyəti Təşəkkürnamələri təqdim olunub.

Paylaş:
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

YAP xəbərləri

YAP xəbərləri

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30