Zəfərdən suverenliyə
18.09.2026 [16:26]
20 Sentyabr Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyət daşıyan günlərdəndir. Bu tarix ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam təmin edilməsi ilə nəticələnən tarixi hadisənin rəmzidir. 2023-cü il sentyabrın 19-da başlayan və cəmi bir gündən az davam edən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın Konstitusiya quruluşunun bütün ərazilərimizdə bərpa olunması ilə nəticələndi. Bununla da ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində mühüm tarixi mərhələ başa çatdı.
Prezident İlham Əliyev bu tarixi hadisənin əhəmiyyətini belə ifadə edib: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.” Dövlət başçısının bu fikirləri 20 Sentyabrın mahiyyətini və Azərbaycanın keçdiyi tarixi yolu aydın şəkildə ifadə edir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər suverenliyimizin tam bərpasına gedən yolun ən mühüm mərhələsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri isə Qarabağda separatizmə son qoyaraq Azərbaycanın dövlət suverenliyinin bütün ərazidə təmin olunmasına şərait yaratdı. Beləliklə, illər ərzində qarşıya qoyulan tarixi məqsəd tam şəkildə reallaşdı.
Bu Zəfər yalnız hərbi uğur deyil, həm də Azərbaycan dövlətinin siyasi iradəsinin, xalqımızın birliyinin və milli həmrəyliyinin təntənəsi idi. Ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi və dövlət idarəçiliyi təmin olundu. Üçrəngli Dövlət Bayrağımızın Xankəndidə və Qarabağın digər şəhər və yaşayış məntəqələrində dalğalanması isə suverenliyimizin ən parlaq rəmzinə çevrildi.
Dövlət suverenliyinin tam bərpasından sonra qarşıda yeni vəzifələr müəyyənləşdirildi. Bu gün Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı quruculuq meydanına çevrilib. Şəhər və kəndlər yenidən qurulur, müasir yollar, yaşayış kompleksləri, məktəblər, səhiyyə və sosial obyektlər yaradılır, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Böyük Qayıdışın uğurla həyata keçirilməsi Azərbaycanın əldə etdiyi Zəfərin davamlı nəticələrinin ən mühüm göstəricilərindəndir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu qərar Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələrin və dəyərlərin vahid məna ətrafında birləşdirilməsini ifadə edir. Konstitusiyamızın 30 illiyi və dövlət suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqlar Azərbaycan dövlətçiliyinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
Bu gün 20 Sentyabr xalqımız üçün həm böyük Zəfərin nəticələrini xatırlamaq, həm də dövlət suverenliyinin əhəmiyyətini bir daha dərk etmək baxımından mühüm gündür. Şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı və Azərbaycan əsgərinin şücaəti hesabına əldə olunan bu tarixi nailiyyət dövlətimizin ən qiymətli sərvətlərindən biridir. Bu Zəfər xalqımızın milli iradəsinin və Azərbaycan dövlətinin gücünün əbədi rəmzi olaraq tariximizdə yaşayacaq.
20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın keçdiyi şərəfli yolun, dövlətimizin gücünün və milli birliyimizin təcəssümüdür. Bu gün bütün ərazilərimizdə dalğalanan üçrəngli bayrağımız müstəqil Azərbaycanın suverenliyinin əbədi və sarsılmaz olduğunu nümayiş etdirir. Azərbaycan xalqı bu tarixi Zəfəri qoruyaraq, quruculuq və inkişaf yolunda inamla irəliləyir.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

