Azad edilmiş ərazilərimizdə yeni inkişaf modeli formalaşır
18.09.2026 [10:29]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
20 sentyabr Azərbaycan tarixinin yaddaşında dövlət suverenliyinin tam bərpası və işğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulmasının başlanğıcını ifadə edən əlamətdar gün kimi xüsusi yer tutur. Bu tarix xalqımızın uzun illər ərzində yaşatdığı arzuların reallığa çevrildiyi, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunduğu yeni mərhələnin rəmzlərindən biridir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü olaraq təsis edilməsi də məhz bu tarixi reallığın dövlət səviyyəsində ifadəsidir. Bu tarix Azərbaycanın dövlətçilik salnaməsində mühüm yer tutan hadisələrin məntiqi nəticəsidir.
Azərbaycan xalqı bütün uzun illər ərzində öz torpaqlarının azad olunacağına inanıb. Dövlətimizin başçısının siyasi iradəsi, Azərbaycan Ordusunun gücü və xalqımızın həmrəyliyi həmin inamı tarixi Zəfərə çevirib. Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpasını təmin edib. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam bərpa edilib. Bununla separatizmə son qoyulub, Azərbaycan Respublikasının Konstitusiyası hüquqi qüvvəsi Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə də təmin olunub.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Dövlət Bayrağını ucaltması Azərbaycanın yeni tarixinin ən möhtəşəm səhifələrindən birinə çevrilib. Bu hadisə Azərbaycan dövlətinin həmin ərazilərdə suverenliyinin əyani ifadəsi olmaqla yanaşı, xalqımızın 30 ildən artıq davam edən gözləntilərinin gerçəkləşməsi idi. Dövlətimizin başçısı vurğulayıb: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.
Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesi Azərbaycanın iqtisadi imkanlarını da nümayiş etdirir. Müasir yollar, yaşayış kompleksləri, sosial obyektlər, məktəblər, səhiyyə müəssisələri, inzibati binalar və digər infrastrukturun yaradılması ərazilərin tədricən əvvəlki həyat ritminə qaytarılmasına xidmət edir. Bununla yanaşı, burada iqtisadi fəallığın artırılması, yeni müəssisələrin yaradılması və məşğulluq imkanlarının genişləndirilməsi üçün əlverişli şərait formalaşdırılır. Bu baxımdan Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin dirçəldilməsi yalnız həmin şəhərlərin bərpası anlamına gəlmir. Proses bütövlükdə Qarabağın yeni sosial-iqtisadi simasının formalaşmasına xidmət edir. Ərazilərin potensialından səmərəli istifadə, müasir şəhərsalma yanaşmalarının tətbiqi və burada insanların rahat yaşayışının təmin olunması Azərbaycanın qarşısında duran əsas məqsədlərdəndir.
Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması da yeni həyatın mühüm göstəricilərindəndir. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılan bu ali təhsil ocağı regionun təhsil və intellektual mərkəzlərindən birinə çevrilmək üçün geniş imkanlara malikdir. Ali təhsil müəssisəsinin Xankəndidə fəaliyyət göstərməsi şəhərin gələcək inkişafında gənclərin və elmin rolunu artırmaqla yanaşı, Qarabağın əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına da imkan yaradır.
Ağdərə rayonunun yaradılması da azad edilmiş ərazilərdə yeni idarəetmə və inkişaf modelinin formalaşdırılması baxımından diqqətəlayiq hadisədir. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla yeni rayon yaradıldı. Bu qərar ərazinin idarə olunması, sosial-iqtisadi potensialının reallaşdırılması və gələcək inkişafının sistemli şəkildə həyata keçirilməsi üçün hüquqi əsas formalaşdırdı. Bütün bunlar Böyük Qayıdış prosesinin mahiyyətini nümayiş etdirir. Əsas məqsəd burada təhlükəsiz, rahat və müasir yaşayış mühitinin yaradılması, məşğulluğun təmin olunması, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığının formalaşdırılması, insanların özlərini doğma yurdda tamhüquqlu və rahat hiss etmələrinə imkan verən şəraitin qurulmasıdır.
Azad edilmiş ərazilərin dirçəldilməsi Azərbaycanın sosial-iqtisadi inkişafına da yeni imkanlar yardır. Qarabağın və Şərqi Zəngəzurun təbii, iqtisadi, turizm və insan potensialından səmərəli istifadə ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və regionların inkişafının daha da sürətləndirilməsinə xidmət edir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə həyatın yenidən canlanması xalqımızın öz tarixi torpaqlarına bağlılığının, dövlətimizin gücünün və milli iradəmizin təntənəsidir. Bu gün həmin şəhərlərdə qurulan yeni həyat Azərbaycanın Zəfər tarixinin ən real və ən parlaq davamıdır.
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15

