Dini həmrəylik və regional sülh
17.09.2026 [12:14]
Azərbaycan Respublikasının Prezidenti İlham Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi həm regionumuz, həm də geniş Türk-İslam coğrafiyası üçün müstəsna əhəmiyyət kəsb edən tarixi bir hadisədir. Keçirilən bu görüş Azərbaycanın təkcə siyasi, iqtisadi və logistik baxımdan deyil, həm də mədəniyyətlərarası dialoq, dini həmrəylik və mənəvi birliyin mərkəzi kimi strateji mövqeyini bir daha nümayiş etdirdi.
Türk Dövlətləri Təşkilatı son illərdə sürətlə inkişaf edərək qlobal miqyasda söz sahibi olan nüfuzlu bir quruma çevrilmişdir. Bu gün Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni və iqtisadi əməkdaşlıq platforması deyil, dünya arenasında formalaşan real güc mərkəzidir. Qərb və Şərq arasında yerləşən bu birliyin coğrafiyası enerji, nəqliyyat, təhlükəsizlik və texnologiya baxımından mühüm önəm kəsb edir. Azərbaycan sözügedən mərkəzdə öz lider rolunu həm siyasi iradəsi, həm də praktiki təşəbbüsləri ilə sübut edib. Türk Dövlətləri Təşkilatı formalaşdığı indiki dövr genişmiqyaslı ciddi dəyişikliklərlə səciyyələnir. Qlobal güc balansının dəyişməsi, yeni iqtisadi və enerji bloklarının yaranması Türk dövlətlərinin həm regional, həm də qlobal siyasətdə artan əhəmiyyətini ön plana çıxarır. Bu baxımdan, Türk dünyasının vahid güc mərkəzinə çevrilməsi təkcə regional maraqlara deyil, həm də beynəlxalq təhlükəsizliyə xidmət edən bir amildir.
Türk Dövlətləri Təşkilatı siyasi, hərbi, iqtisadi və nəqliyyat sahələrindəki dinamik əməkdaşlıqla yanaşı, mənəvi-dini sahədə tərəfdaşlığın dərinləşdirilməsi xüsusi önəm daşıyır. Türk dövlətlərinin musulman dini idarə rəhbərlərinin bir araya gəlməsi və birgə fəaliyyəti xalqlarımızı bağlayan ortaq köklərin, dini və mədəni dəyərlərin qorunub saxlanılmasında həlledici rola malikdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türk dünyasının birliyi və həmrəyliyi hər bir üzv dövləti daha da gücləndirir. Siyasi və strateji müstəvidə atılan addımlar mənəvi zəminlə dəstəkləndikdə daha sarsılmaz və davamlı olur. Bu mənada, Dini İdarə Rəhbərləri Şurasının fəaliyyəti Türk xalqları arasında qarşılıqlı etimadı artıran, radikalizmə və xarici mənfi təsirlərə dəyər mərkəzli qalxan yaradan mühüm platformadır.
Görüşdə Yəhya Bakuviyə həsr olunmuş Beynəlxalq Konfransın həmtəşkilatçılarının iştirakı Azərbaycanın öz zəngin tarixi-dini irsinə verdiyi yüksək qiymətin göstəricisidir. Yəhya Bakuvi irsi təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının və Türk coğrafiyasının ortaq mənəvi xəzinəsidir.
İslam sivilizasiyasının humanist, maarifçi, tolerant və sülhsevər mahiyyətini özündə təcəssüm etdirən bu cür tarixi şəxsiyyətlərin irsinin tədqiqi və gənc nəsillərə çatdırılması müasir dövrdə böyük əhəmiyyət kəsb edir. Azərbaycan dövlətinin təşəbbüsü ilə Bakıda təşkil olunan beynəlxalq konfranslar İslam mədəniyyətinin həqiqi mahiyyətini dünya ictimaiyyətinə təqdim edir, eyni zamanda müxtəlif ölkələrin alim və dini xadimləri arasında elmi-mənəvi körpülər salır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional münaqişələrin aradan qaldırılması və dayanıqlı sülhün bərqərar olması istiqamətində ardıcıl siyasət yürüdür. Qafqazda sabitliyin bərqərar olunmasında dini liderlərin üzərinə düşən məsuliyyət böyükdür. Dini platformalarda irəli sürülən sülh və qardaşlıq çağırışları region xalqlarının təhlükəsiz və dinc gələcəyinin təmin olunmasına birbaşa xidmət edir.
Tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində sürətli və genişmiqyaslı bərpa, abadlıq və quruculuq işləri həyata keçirilir. 30 ilə yaxın davam edən işğal dövründə erməni vandalizminə məruz qalan, dağıdılan və təhqir edilən onlarca məscid, ziyarətgah və tarixi-mədəni abidə bu gün dövlət tərəfindən sürətlə yenidən qurulur və bərpa olunur. Qarabağ və Şərqi Zəngəzurda aparılan bu bərpa prosesi təkcə memarlıq və infrastruktur layihəsi deyil, həm də milli-mənəvi ədalətin bərpa edilməsidir. Azad edilmiş torpaqlarda yenidən azan səslərinin ucalması, tarixi məscidlərin öz əvvəlki əzəmətinə qovuşması Azərbaycan dövlətinin mənəvi köklərə və İslam irsinə verdiyi sonsuz dəyərin bariz təcəssümüdür. Dini liderlərin bu reallıqları yaxından görməsi və beynəlxalq müstəvidə çatdırması həqiqətlərin bərqərar olunmasında əhəmiyyətli rola malikdir.
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri, Yəhya Bakuvi Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndə heyəti ilə görüşü Azərbaycanın xarici siyasətində mənəvi dəyərlərin, regional sülhün və Türk-İslam birliyinin nə qədər strateji önəm daşıdığını bir daha göstərdi.
Bu tarixi qəbul və orada səsləndirilən fikirlər regional təhlükəsizliyin, mənəvi birliyin və mədəniyyətlərarası anlaşmanın möhkəmlənməsinə xidmət edən mühüm yol xəritəsidir. Azərbaycanın liderliyi ilə həyata keçirilən bu siyasət gələcəkdə də Türk dünyasının inteqrasiyasına, İslam həmrəyliyinin güclənməsinə və Qafqazda uzunmüddətli sülhün təmin olunmasına töhfələr verməyə davam edəcəkdir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxGündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Gündəm
17 Sentyabr 11:41
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46

