Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / AZƏRBAYCANIN TARİXİ ZƏFƏRİNİN SİMVOLLARI: XANKƏNDİ, XOCALI, XOCAVƏND VƏ AĞDƏRƏ ŞƏHƏRLƏRİ GÜNÜ

AZƏRBAYCANIN TARİXİ ZƏFƏRİNİN SİMVOLLARI: XANKƏNDİ, XOCALI, XOCAVƏND VƏ AĞDƏRƏ ŞƏHƏRLƏRİ GÜNÜ

17.09.2026 [11:31]

2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş uğurlu lokal xarakterli anti terror tədbirləri Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmışdır. Bu tarixi əməliyyatlar nəticəsin də ölkəmizin suverenliyi tam bərpa olunmuş, illərlə işğal altında qalan torpaqlarımız azad edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olunmuşdur. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələrinin azad edildiyi tarixlər təqvimimizə əlamətdar günlər kimi daxil olmuşdur. Bu çərçivədə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü böyük qürur və təntənə ilə qeyde dilir.

İşğaldan azad edilmiş  şəhərlərimizin günlərinin qeyd olunması sadəcə təqvim tarixi deyil, eyni zamanda milli həmrəyliyin, tarixi ədalətin bərpasının və dirçəliş prosesinin bariz təzahürüdür.

Xankəndi Qarabağ xanlığının banisi Pənahəlixan tərəfindən XVIII əsrin sonlarında xanlığın istirahət və yaşayış məskəni kimi salınmışdır. XIX-XX əsrlərdə regionun mühüm inzibati və mədəni mərkəzinə çevrilən şəhər, işğal dövründə separatçı rejimin əsas mərkəzi olunmuşdu. Şəhərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün tam bərqərar olunmasının rəmzinə çevrilmişdir.

Xocalı Qədim tarixi mədəniyyətə (Xocalı-Gədəbəy  mədəniyyəti) malik olan bu şəhər, 1992-ci il fevralın 26-da soyqırımı faciəsi ilə üzləşmişdir. Xocalının azad olunması tarixi ədalətin zəfəri və şəhidlərimizin ruhunun şad olması deməkdir.

Xocavənd Zəngin təbiəti və qədim yaşayış məskənləri (məsələn, Azıx mağarası) ilə seçilən Xocavənd, Qarabağın strateji baxımdan vacib rayonlarından biridir. Xocavəndin azad edilməsi bölgədə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamışdır.

Ağdərə Səfalı təbiəti, su ehtiyatları (Sərsəng su anbarı) və kənd təsərrüfatı potensialı ilə tanınan Ağdərə, Qarabağın şimal hissəsində mühüm məntəqədir. Rayonun yenidən bərpası regionun iqtisadi dirçəlişinə böyük töhfə verir.

Azərbaycan dövləti azad olunmuş ərazilərdə miqyaslı bərpa və quruculuq işləri həyata keçirir. "Böyük Qayıdış" proqramı çərçivəsində görülən işlər bir neçə əsas istiqaməti əhatə edir:

Minalardan Təmizləmə, ərazilərin təhlükəsizliyinin təmin olunması üçün mina təmizləmə əməliyyatları aralıqsız davam etdirilir.

Müasir İnfrastruktur Yollar, körpülər, elektrik stansiyaları və "yaşıl enerji" zonalarının yaradılması prioritet təşkil edir.

Məskunlaşma və sosyal obyektlər "Ağıllı kənd" və "ağıllı şəhər" konseptləri əsasında yeni yaşayış binaları, məktəblər, xəstəxanalar tikilib istifadəyə verilir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı təmin olunur.

Mədəni irsin bərpası İşğal dövründə dağıdılmış tarixi, dini və mədəni abidələr bərpa edilir, bölgənin ilkin tarixi siması qaytarılır.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün qeyd olunması Azərbaycan xalqının mübarizə əzmini, dövlətimizin qüdrətini və gələcəyə inamını tərənnüm edir. Azad edilmiş bu torpaqlar sürətlə dirçəlir, yenidən həyatla dolur və bölgənin dayanıqlı inkişaf mərkəzinə çevrilir. Bu şəhər günləri Zəfərimizin əbədiləşdirilməsi və gələcək  nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Nurlana Yusifova

YAP Samux rayon təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30