20 Sentyabr – Həsrətin sona çatdığı, qayıdışın başladığı gün
16.09.2026 [13:27]
Otuz ilə yaxın bir zaman kəsiyində Azərbaycan xalqının qəlbində dörd şəhərin adı xüsusi bir həsrətlə səslənirdi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə. Bu şəhərlərin hər biri xalqımızın tarixinin, mədəniyyətinin, yaddaşının ayrılmaz parçasıdır. Bu gün isə onların adı artıq həsrətlə deyil, Zəfər, suverenlik, qayıdış və quruculuq sözləri ilə birlikdə çəkilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyən edilməsi bu dörd şəhərin tarixində baş vermiş dönüşün dövlət səviyyəsində əbədiləşdirilməsidir.
Bu dönüşün arxasında uzun illərin məqsədyönlü dövlət siyasəti dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi və hərbi gücünü artırdı, Ordusunu ən müasir standartlara uyğunlaşdırdı və milli maraqların qorunması istiqamətində ardıcıl siyasət həyata keçirdi. 2020-ci ilin Vətən müharibəsi ilə başlayan Zəfər yolu 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində suverenliyinin bərpası ilə tamamlandı.
20 Sentyabrın yaratdığı tarixi mənzərənin ən təsirli görüntülərindən biri Azərbaycan bayrağının Xankəndidə dalğalanmasıdır. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərində Dövlət Bayrağını ucaltdı. Həmin gün Ağdərə və Xocavənd şəhərlərində də Azərbaycan bayrağı ucaldıldı, Xocalıda isə dövlət bayrağı ilə bağlı tarixi mərasim keçirildi.
Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri sonrakı dövrdə də davam etdi. Bu səfərlər azad edilmiş torpaqların yalnız siyasi baxımdan deyil, sosial və iqtisadi baxımdan da Azərbaycanın həyatına qaytarıldığını göstərdi.
Xüsusilə Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə Qarabağa səfərləri diqqəti cəlb edir. 2026-cı il fevralın 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd şəhərinə səfər edərək burada aparılan bərpa işləri ilə tanış oldular, yeni qayıdan ailələrin evində oldular və sakinlərlə söhbət etdilər.
Həmin səfərdə Dövlət başçısının qayıdan sakinlərlə görüşü xüsusilə mənalı idi. Çünki bir zamanlar yalnız xəyal kimi görünən qayıdış artıq real həyata çevrilib. İnsanlar doğulduqları, ata-babalarının yaşadığı torpaqlara dönür, evlərində yeni həyat qururlar. Eyni gün Prezident İlham Əliyev və Mehriban Əliyeva Xocavənd kəndində də görülən işlərlə tanış oldular və kəndə köçmüş ailənin evində oldular. Kənddə yaşayış evlərinin bərpası, yolların, qaz və elektrik xətlərinin yenilənməsi istiqamətində işlər aparılır.
Xocalının qayıdış tarixində isə xüsusi mənəvi məqam var. Bir zamanlar xalqımızın ən ağır faciələrindən birinin yaşandığı bu şəhərdə bu gün həyat yenidən qurulur. Prezident İlham Əliyevin Xocalıda Dövlət Bayrağını ucaltması, daha sonra Xocalı Soyqırımı Memorialının təməlini qoyması həm tarixi yaddaşın qorunmasına, həm də şəhərin gələcəyinin qurulmasına verilən əhəmiyyəti göstərir. Xocalıya keçmiş məcburi köçkünlərin qayıdışı 2024-cü il mayın 28-də başlayıb.
Ağdərədə də Zəfərdən sonra yeni mərhələ başlayıb. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev burada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Sonrakı səfərlərdə yaşayış məntəqələrinin bərpası, yol və enerji infrastrukturu, sosial obyektlər və yeni yaşayış məkanları ilə bağlı işlər diqqət mərkəzində olub.
Xankəndidə isə artıq şəhər həyatının bərpasının müxtəlif istiqamətləri görünür. Təhsil, idman, infrastruktur və yaşayış məkanlarının inkişafı ilə bağlı layihələr həyata keçirilir. Qarabağ Universitetinin fəaliyyətə başlaması da şəhərin yeni həyatının mühüm elementlərindən biridir.
Bütün bunlar göstərir ki, 20 Sentyabr yalnız keçmişdə baş vermiş hadisələri xatırlamaq üçün təsis edilmiş tarix deyil. Bu gün həm də bu torpaqlarda yeni həyatın necə qurulduğunu göstərən bir tarixdir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Azərbaycanın tarixi yaddaşında həmişə yaşayacaq. Bu şəhərlərdə dalğalanan üçrəngli bayraq isə xalqımız üçün həm keçmişin xatirəsi, həm bu günün reallığı, həm də gələcəyə inam rəmzidir. 20 Sentyabr – həsrətin sona çatdığı, bayrağın ucaldığı və qayıdışın başladığı gündür.
Sevinc Xəlilova
YAP Samux rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35

