Tarixi qardaşlıqdan gələcəyin müttəfiqliyinə
24.08.2026 [17:54]
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi
müsahibədə mənim üçün ən diqqətçəkən məqam Azərbaycan - Özbəkistan
münasibətlərinin hansı sürətlə dəyişdiyini göstərən mənzərədir. Əslində, xalqlarımız
arasında yaxınlıq yeni deyil. Bizim ortaq tariximiz, dilimiz, mədəniyyətimiz, bir-
birimizə doğmalığımız həmişə olub. Yeni olan budur ki, bu gün həmin doğmalıq
dövlətlər arasında real siyasi və iqtisadi gücə çevrilir.
Bəzən dövlətlər arasında münasibətlərin səviyyəsini imzalanmış sənədlərin sayı
ilə ölçürük. Halbuki münasibətlərin həqiqi mahiyyətini daha çox dövlətlərin bir-birinə
hansı məqamlarda və necə dayaq olması göstərir. Özbəkistanın işğaldan azad edilmiş
Füzulidə Mirzə Uluqbəy adına məktəb inşa etməsi buna çox gözəl nümunədir. Bu,
sadəcə, bir məktəb binası deyil. Azərbaycan üçün həssas və tarixi bir mərhələdə qardaş
ölkənin bizim yanımızda olmasının ifadəsidir. Prezident İlham Əliyevin müsahibəsində
Özbəkistan xalqına və Prezident Şavkat Mirziyoyevə bu dəstəyə görə xüsusi
minnətdarlıq bildirməsi də təsadüfi deyil.
Bu münasibətlər artıq yalnız mənəvi yaxınlıq üzərində dayanmır. Azərbaycan və
Özbəkistan arasında “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb, Ali
Dövlətlərarası Şura fəaliyyət göstərir. Ticarət dövriyyəsi 2025-ci ildə üç dəfədən çox
artaraq 795 milyon dollara çatıb. Birgə investisiya şirkəti yaradılıb, energetika, sənaye,
kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində layihələr həyata keçirilir. Yəni
qardaşlıq hissi tədricən ortaq maraqlara, ortaq layihələrə və ortaq gələcək baxışına
çevrilib.
Cənab Prezidentin müsahibəsində daha geniş bir mənzərə də görünür.
Azərbaycanla Özbəkistan bir-birinə yaxınlaşdıqca əslində Xəzərin iki sahili də bir-birinə
yaxınlaşır. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan Mərkəzi Asiyada yerləşir. Bu iki
coğrafiyanın nəqliyyat, enerji və iqtisadi imkanlarının birləşməsi isə artıq yalnız iki
dövlətin münasibətləri məsələsi deyil. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta
Dəhliz və TRIPP ilə inteqrasiyası perspektivi bu baxımdan xüsusilə əhəmiyyətlidir.
Burada Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə
tamhüquqlu iştirakçı kimi qoşulmasını ayrıca qeyd etmək lazımdır. Vaxtilə “C5”
adlandırılan formatın faktiki olaraq “C6”ya çevrilməsi, məncə, sadəcə, rəqəmin
dəyişməsi deyil. Bu, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində baş verən strateji
dəyişikliyin ifadəsidir. Azərbaycan artıq bu coğrafiya ilə kənardan əməkdaşlıq edən ölkə
deyil, formalaşan regional dialoqun birbaşa iştirakçılarından biridir.
Bütün bunların Türk Dövlətləri Təşkilatı çərçivəsində baş verən proseslərlə üst-
üstə düşməsi də mühüm məqamdır. Türk dünyasının yaxınlaşması artıq yalnız ortaq
tarix və mədəniyyət haqqında danışmaqdan ibarət deyil. Nəqliyyat marşrutları qurulur,
enerji layihələri hazırlanır, investisiyalar yatırılır, qarşılıqlı ticarət artır. Başqa sözlə,
mənəvi birlik iqtisadi və siyasi məzmun qazanır.
Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsinin ən mühüm
xüsusiyyəti də elə budur. Biz tarixdən gələn qardaşlığı gələcəyin müttəfiqliyinə çevirə
bilmişik. Prezident İlham Əliyevin müsahibəsində səslənən faktlar göstərir ki, bu
müttəfiqlik yalnız Bakı ilə Daşkənd arasında münasibətləri gücləndirmir. O,
Azərbaycanı Mərkəzi Asiyaya, Mərkəzi Asiyanı Azərbaycana daha da yaxınlaşdırır və
Türk dünyasının gələcək siyasi, iqtisadi və nəqliyyat xəritəsinin formalaşmasına xidmət
edir.
Qadir İbrahimov YAP Culfa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

