Aprel döyüşləri – ordumuzun gücünü göstərdi və Möhtəşəm Zəfərə yol açdı
02.04.2026 [11:38]
Bu gün Azərbaycan ordusunun qələbəsi ilə bitən və qəhrəmanlıq salnaməsi kimi tarixə düşən Aprel döyüşlərindən on il ötür.
Məhz on il bundan öncə 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri növbəti dəfə Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalan zaman ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı, Azərbaycan ordusunun qələbəsi ilə nəticələnən döyüşlər tarixə Aprel döyüşləri kimi yazıldı.
Həmin vaxt Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Madagiz kəndləri istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri və döyüşkən ordusu haqqında yaratdığı mif alt-üst edildi.
Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində Erməni silahlı qüvvələri böyük itkilərə məruz qaldı, 320-dən artıq düşmən məhv edildi və 500-dən çox erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Dördgünlük müharibədə qəhrəman əsgər və zabitlərimiz 2 min hektardan artıq ərazini təcavüzkar Ermənistan ordusunun işğalından azad etdi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini və ədaləti bərpa edəcəyini göstərdi.
Əslində Azərbaycan daim sülhün tərəfdarı olsa da, Aprel döyüşləri erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə xalqın inamını möhkəmləndirdi, öz torpaqlarını işğalçılardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi və nəhayət 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Möhtəşəm Zəfərə yol açdı.
Sözün əsil mənasında Azərbaycan xalqı heç vaxt Ermənistanın işğalçı siyasətini qəbul etməmiş və bu işğala qarşı hər zaman mübarizə aparmışdır. Danılmaz faktdır ki, “Azərbaycan xalqı və dövləti heç vaxt işğal faktı ilə barışmayacaq” deyən Prezident İlham Əliyev Vətən müharibəsinə qədər münaqişənin həlli ilə bağlı qətiyyətli mövqeyini dəfələrlə ifadə etmişdir.
Xüsusilə 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ildə Tovuzda baş verən döyüşlərdə Azərbaycan Ordusu ermənilərə qarşı qətiyyətli cavab verməsinə baxmayaraq, Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmişdir.
Nəhayət 2020-ci il 27 sentyabr tarixində yenidən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata son qoymaq və öz ərazilərini işğaldan azad etmək üçün Ali Baş Komandanımız İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Bununla da Zəfər yürüşünə start verildi və əks-hücum əməliyyatları uğurla davam edərək, dövlətimizin ərazi bütövlüyü uğrunda müqəddəs Vətən Müharibəsinə çevrildi.
Beynəlxalq hüquq normalarına, o cümlədən, BMT Nizamnaməsinin 51-ci maddaəsinə əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Milli ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövrün hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu və ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu.
Prezident İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi.
Bu gün Qarabağ aranlı-dağlı Azərbaycanın ərazisidir. Prezident İlham Əliyev Azərbaycanı ulu öndər Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, görmək istədiyi ölkəyə çevirib. Sözünə düz, vədinə sadiq-Müzəffər Ali Baş Komandanımız xalqımızın sınmış qürurunu, tapdanan ləyaqətini özünə qaytarıb, suverenliyimizi təmin edib, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-Möhtəşəm Zəfərə çatdırıb.
Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Gündəm
01 İyun 11:59
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

