Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 25 Oktyabr - Qubadlının Qürur Günü

25 Oktyabr - Qubadlının Qürur Günü

24.10.2025 [15:54]

Azərbaycanın şanlı tarixi çox qəhrəmanlıq səhifələri görüb. Lakin 2020-ci ilin 25 oktyabrı bu səhifələr arasında xüsusi bir zirvəyə çevrildi. Həmin gün Qubadlı şəhəri işğaldan azad edildi. Bu, təkcə bir rayonun azadlığı deyildi – bu, 30 illik həsrətin, minlərlə insanın doğma yurduna qayıtmaq arzusunun gerçəyə çevrildiyi gündür.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlının azad olunması barədə danışarkən bu tarixi hadisəni belə səciyyələndirib: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Bu sözlər həm Qubadlı sakinlərinin taleyinə, həm də bütöv Azərbaycanın tarixindəki dönüş nöqtəsinə çevrildi. Çünki Qubadlının azad edilməsi ilə birlikdə Ordumuz Zəngilan və Laçın istiqamətində strateji üstünlüyü tam ələ aldı, Şuşaya gedən yolun qapısı geniş açıldı.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Nəticədə minlərlə ailə öz doğma yurd-yuvasından didərgin düşdü, kəndlər, məktəblər, tarixi abidələr, məscidlər viran qoyuldu. Lakin xalq heç vaxt bu torpaqları unutmamış, Qubadlı adı həmişə ümid, dözüm və qayıdış simvoluna çevrilmişdi.

27 il sonra isə Azərbaycan Ordusu bu həsrətə son qoydu. 2020-ci ilin Vətən müharibəsində qəhrəman əsgərlərimiz canları və qanları bahasına Qubadlını düşməndən azad edərək üçrəngli bayrağımızı yenidən şəhərin üzərində dalğalandırdılar. Qubadlının azad olunması, əslində, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, planlaşdırma qabiliyyətinin və texnoloji üstünlüyünün parlaq nümunəsi idi. Qubadlı istiqamətində aparılan əməliyyatlar zamanı dağlıq relyef, çətin hava şəraiti və düşmənin möhkəmləndirilmiş müdafiə xətləri əsgərlərimizi dayandıra bilmədi.

Azərbaycan əsgəri hər qarış torpağı uğrunda vuruşdu, hər daşı Vətən bildi. Qubadlının azadlığı Vətən müharibəsindəki ümumi qələbəmizin vacib mərhələsi oldu. Qubadlı rayonunun strateji əhəmiyyətini artıran mühüm elementlərdən biri “Qubadlı” gömrük postunun yaradılmasıdır. Bu post bölgənin iqtisadi canlanmasına, ticarət əlaqələrinin genişlənməsinə və azad edilmiş ərazilərdə infrastrukturun bərpasına mühüm töhfə verir. Yeni gömrük-keçid məntəqəsi həm Qubadlının, həm də bütün Cənub-Qərb istiqamətindəki kommunikasiya sisteminin inkişafına xidmət edir.

Azadlıqdan sonra Qubadlıda dirçəliş dövrü başladı. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Bu mühüm qərar təkcə yol infrastrukturunun deyil, həm də bölgənin sosial-iqtisadi həyatının bərpasına yönəlmişdi. Yeni magistral həm Laçın, həm də Qubadlı sakinlərini birləşdirəcək, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inteqrasiyasına xidmət edəcək. Müzəffər Ali Baş Komandan azad edilmiş ərazilərin bərpasına şəxsən rəhbərlik edir. 2023-cü il mayın 4-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlıya səfər edərək bölgədə yeni həyatın təməlini qoydular.

Bu səfər çərçivəsində bir sıra mühüm obyektlərin təməlqoyma mərasimləri keçirildi:
* Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyuldu.
* İnzibati bina, tam orta məktəb (600 şagirdlik) və 91 yataqlı Mərkəzi Xəstəxana layihələrinin təməli atıldı.
* Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin bərpası üçün yeni başlanğıclar edildi.

Bu səfərlər, əslində, Qubadlının təkcə fiziki yox, mənəvi dirçəlişinin də başlanğıcı idi.

Bu gün Qubadlıda həyat yenidən canlanır. Yeni evlər, məktəblər, yollar, elektrik və su xətləri çəkilir. Bərpa edilən hər bina, ucaldılan hər bayraq bu torpaqlara dönən insanların qürur simvoluna çevrilir.
Qubadlı sakinləri artıq öz yurdlarına qayıtmağa hazırlaşırlar. Hər kəsin dilində eyni söz var: “Bu torpaq bizimdir, burda gələcək nəsillər azadlıqda yaşayacaq.”

Bu prosesdə yeganə rəqib zamandır. Bu baxımdan ki, mənfur düşmən 30 ildə bu torpaqlarımızı tamamilə dağıdıb, yerlə-yeksan edib, həmçinin minalar basırıb. Minaların təmizlənməsi böyük vaxt itkisidir. Bunun ardınca bərpa-quruculuq işlərinin də aparılması  üçün xeyli zaman gərəkdir. Ermənilər bu ərazilərdən izimizi silmək üçün  bütün tikililəri tamamilə dağıdıblar. Hazırda bütün işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin şahidləridir.Bütün bunlara baxmayaraq torpaqlarımızın öz sahibində olmasından sevincliyik. Milli kimliyimiz, qürurumuz özümüzə qayıdıb. Dünya Azərbaycan xalqının yenilməz, məğrur xalq olduğunun bir daha şahidi oldu. Bu gün bütün torpaqlarımızda bərpa-quruculuq işləri həyata keçirilir. İşlərin sistemliliyini təmin etmək üçün  şəhərlərin Baş planları təqdim edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Dövlət başçısı İlham Əliyevin son beş ildə  Qubadlıya səfərləri Böyük Qayıdışa xidmət edən mühüm addımlarla zəngindir. Tezliklə qayıdışın  növbəti ünvanlarından biri  Qubadlı olacaq.

25 oktyabr — Qubadlının işğaldan azad olunduğu gün — təkcə bir rayonun deyil, bütün Azərbaycanın qələbə tarixidir. Bu gün, keçmişin ağrılarını gələcəyin inamına çevirən xalqımızın qəhrəmanlıq və birliyinin simvoludur.
Qubadlı bu gün yenidən doğulur – və bu doğuluşun əsasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan əsgərinin şücaəti və xalqımızın əyilməz iradəsi dayanır.

Məhəmməd Balaqadaşov

YAP Xaçmaz rayon təşkilatının sədri 

Paylaş:
Baxılıb: 225 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31