Türk Dövlətləri Təşkilatının geosiyasi rolu və Azərbaycan Prezidentinin liderliyi
10.10.2025 [12:18]
7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü bir daha təsdiq etdi ki, türk dünyası qlobal arenada mühüm siyasi, iqtisadi və mədəni güc mərkəzinə çevrilir. Prezident İlham Əliyevin Zirvə toplantısında səsləndirdiyi fikirlər bu reallığın həm siyasi, həm də strateji əsaslarını nümayiş etdirdi.
Azərbaycan Prezidenti vurğuladı ki, TDT artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəz kimi formalaşıb. Bu gün türk dövlətlərinin ortaq tarixi, mədəni və etnik köklər üzərində qurulan həmrəyliyi, beynəlxalq münasibətlər sistemində balans yaradan mühüm amilə çevrilib. Prezident İlham Əliyev Qırğız Respublikasının uğurlu sədrliyinə təşəkkür edərək, Azərbaycanın təşkilatın Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə etdiyini bildirdi ki, bu da ölkəmizin TDT-nin inkişafına verdiyi real töhfənin göstəricisidir.
Dövlət başçısı qeyd etdi ki, təşkilatın əsas gücü onun müstəqil siyasət yürüdən, daxili sabitliyə, iqtisadi dayanıqlığa və gənc əhaliyə malik üzv dövlətlərində cəmlənib. Azərbaycan bu birliyin mərkəzində dayanaraq, TDT-nin strateji istiqamətlərinin formalaşmasında aparıcı rol oynayır.
Prezident İlham Əliyev xatırlatdı ki, türk dövlətləri artıq bir ailə kimi davranır, siyasi qarşılıqlı etimad və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Təşkilatın həm rəsmi, həm də qeyri-rəsmi zirvə görüşlərinin artıq ənənə halını alması, bu birliyin dərin və davamlı xarakter daşıdığını göstərir. 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi zirvə görüşü, eləcə də bu il Budapeştdə baş tutmuş toplantı türk dövlətləri arasında sıx əlaqələrin göstəricisidir.
Azərbaycan Prezidenti vurğuladı ki, TDT-nin beynəlxalq səviyyədə nüfuzu getdikcə artır. Bu, ilk növbədə, ortaq maraqların müdafiəsi, regional sabitlik və iqtisadi əməkdaşlığın güclənməsi ilə bağlıdır. O, həmçinin gələn il Bakıda keçiriləcək Türkoloji Qurultayın 100 illik yubileyinin təşkilat çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif etdi.
Prezident İlham Əliyevin çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan təkcə TDT-nin fəal üzvü deyil, eyni zamanda bu təşkilatın strateji istiqamətlərinə rəhbərlik edən, onu müasir dövrün çağırışlarına uyğunlaşdıran lider ölkədir.
Qəbələ Zirvəsi türk birliyinin gələcək inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Prezident İlham Əliyevin qlobal miqyasda müstəqil, ədalətə əsaslanan siyasəti, türk dünyasının birliyi ideyasını praktik addımlara çevirməklə, regionda sülh, sabitlik və tərəqqinin təminatçısı kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirdi.
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22

