Cəbrayıl zəfəri həm də mənəvi gücün təntənəsidir
04.10.2025 [14:30]
Cəbrayıl rayonu 27 il ərzində Ermənistan ordusunun işğalı altında qaldı. Bu dövrdə rayonun bütün təsərrüfatı və yaşayış infrastrukturu yerlə-yeksan edilmiş, qədim mədəniyyət nümunələri və tarixi abidələr dağıdılaraq talan olunmuşdu. İşğal illərində Cəbrayılın təbii sərvətləri mənimsənilmiş, bölgəyə milyardlarla manatlıq ziyan vurulmuşdu. Lakin bu haqsızlıqlara 2020-ci ilin 4 oktyabrında son qoyuldu. Həmin gün Azərbaycanın şanlı salnaməsində ən əlamətdar günlərdən biri kimi qalacaq. Çünki məhz bu tarixdə qazanılan uğur yalnız Cəbrayılın azad olunması deyil, həm də Vətən müharibəsinin gələcək mərhələləri üçün dönüş nöqtəsi idi.Dünya müharibə təcrübəsində nadir hallarda rast gəlinən hadisə yaşandı: savaşın ilk günlərində kəndlər düşməndən geri alındı. Belə ki, 27 sentyabrda qəhrəman Azərbaycan əsgəri Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini işğaldan təmizlədi. 3 oktyabrda Suqovuşan qəsəbəsi, Talış kəndi və Cəbrayılın bir sıra digər yaşayış məntəqələri azad edildi. Bu qələbələr ordumuza daha böyük ruh və əzmkarlıq gətirdi. 4 oktyabrda isə , Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri ilə yanaşı Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndlərinin də işğaldan azad olunduğunu elan etdi. Bununla da Cəbrayıl rayonu tamamilə azad edildi və düşmən tərəf ağır itkilər verdi.4 oktyabr Cəbrayılın azad edilməsi günü kimi tarixə düşdü. Qələbədən qısa müddət sonra – 16 noyabr 2020-ci ildə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayılda oldular. Dövlət başçısı burada və Xudafərin körpüsündə üçrəngli bayrağımızı ucaltdı. 2021-ci ilin 4 oktyabrında Cəbrayıla yenidən səfər edən Prezident “KAMAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu”nun birgə servis mərkəzinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, yeni xəstəxananın, məktəbin və çoxmənzilli yaşayış kompleksinin təməlini qoydu. Eyni zamanda, Cəbrayıl Memorial Kompleksinin və şəhərin bərpa layihəsinin də əsasını qoyaraq yerli sakinlərlə görüşdü.Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə etdiyi hər bir səfər həmin torpaqlarda aparılan quruculuq işlərinə xüsusi önəm verildiyini təsdiqləyir və görülən tədbirlərə güclü dəstək rolunu oynayır. Bundan əlavə, 2020-ci ilin 24 dekabr və 2021-ci ilin 24 iyun tarixlərində imzalanmış sərəncamlarla Cəbrayıl uğrunda vuruşaraq qəhrəmanlıq göstərən minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Bu təltiflər Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək qayğının və hörmətin bariz nümunəsidir.
Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

