Azərbaycanın ədalətli müharibədə şanlı qələbəsi
26.09.2025 [23:38]
Xəyal Aslanov,
YAP Tərtər rayon təşkilatının Səhləbad ərazi partiya təşkilatının sədri
Tarixə nəzər salsaq, beynəlxalq və regional güclərin hərtərəfli dəstəyi ilə ermənilər tarixi Azərbaycan ərazilərinə müxtəlif adlar və müxtəlif məqsədlər üçün yerləşdirildikdən sonra, zaman-zaman istər tarixi Azərbaycan torpaqlarında, istərsə də Türkiyə, Qafqaz, Orta Asiya və digər yerlərdə terror, etnik təmizləmə, təcavüzkarlıq, pozuçuluq və s. əməllər törətməsi haqda məlumatlar vardır: “Bütün bunlarda məqsəd böyük güclərin əli ilə regionun yerli əhalisini köçürmək, türk-müsəlman xalqlarına qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirməkdən ibarət olmuşdur. 1988-ci ildən başlayaraq təcüvüzkar Ermənistan Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları ilə irəli sürmüş və ölkəmizə qarşı hərbi təcavüzə başlamış, bununla da Ermənistan və onu dəstəkləyən qüvvələrlə birlikdə torpaqlarımızın 20%-ni işğal etmiş,1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Ermənistanın və onun arxasında duran qüvvələrin Azərbaycan torpaqlarında 30 il bundan əvvəl başlatdıqları işğalçılıq siyasətinə Azərbaycan Prezidenti, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində son qoyuldu, Müzəffər Azərbaycan Ordusu düşməni yurdumuzdan qovdu, üçrəngli bayrağımızı qeyrət qalamız olan Şuşada dalğalandırdı. Bəli, bunu Azərbaycan xalqının mərd oğulları etdi, qanı və canı bahasına. I Qarabağ müharibəsində həlak olan minlərlə azərbaycanlının qisası alınıb və inanırıq ki, onların ruhu rahatlıq tapıb.
Ermənistan rəhbərliyinin beynəlxalq tədbirlərdə Qarabağı Ermənistanın tərkib hissəsi kimi təqdim etməsi, Şuşanı separatçı və qondarma qurumun paytaxtı elan etməsi, “Cıdır düzü”ndə yallı getməsi Azərbaycana müharibədən başqa yol qoymadı. On minlərlə insan dövlət başçısından ölkədə səfərbərlik elan etməsi üçün küçələrə axışdı. Sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlandı. Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində öz sözünü layiqincə və artıqlaması ilə dedi, Vətənin çətin günündə ayağa durdu, yağı düşməni torpaqlarımızdan qovdu, suverenliyimizi bərpa etdi, bu şərəfli yolda yaralandı, şəhidlik zirvəsinə qədər yüksəldi
Qeyd edək ki, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin sülh yolu həlli üçün çoxlu diplomatik səylər göstərilmiş, beynəlxalq sammitlərdə və beynəlxalq təşkilatlarda bu problemin həlli istiqamətində Azərbaycan Respubliksının operativ və praqmatik fəaliyyətinə baxmayaraq fitnəkar və təxribatçı Ermənistan bizə müharibə variantından başqa çıxış yolu buraxmamışdır. Ali Baş Komandanın qətiyyəti ilə Ordumuzun döyüş hazırlığı hər zaman yüksək səviyyədə olmuş milli ruh, döyüş taktikası və vətənpərvərlik hissləri intellektual və mətin zabitlərimiz tərəfindən əsgərimizə aşılanmışdır.
Torpaq su ilə qarışsa palçıq, qan ilə qarışsa Vətən olar, deyiblər. Bu torpağı Vətən edən, müqəddəs ocaq edən Şəhidlərimizin qanıdır. O Şəhidlər ki, qorxu nədir bilmədən şəhadətə gözüyumulu getdilər. Vətənimizin bütövlüyü uğrunda igidcəsinə döyüşüb, qəhrəmancasına uca zirvəyə qalxdılar. Əzəldən bəri başı bəlalı xalqımız torpaq uğrunda nə savaşlar verib, nə igidlər itirib, ancaq bir an olsun əyilməyib.
Xəbər lenti
Hamısına baxAnalitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53

