Tərtər seçiciləri sabitlik və inkişafın davam etməsinə tərəfdardırlar
19.09.2013 [10:11]
Məhz buna görə də rayon sakinləri oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklər
Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Tərtər rayonu üzrə Seçki Qərargahı tərəfindən müəyyənləşdirilmiş tədbirlər planına uyğun olaraq seçicilərlə görüşlər davam edir. Bu istiqamətdə növbəti görüş rayonun Mamırlı və Poladlı kəndlərində keçirilib.
Hər iki görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov ölkəmizin tarixi mərhələ ərəfəsində olduğunu deyib. Oktyabrın 9-da Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini bildirən Ramiz Şabanov bu seçkilərdə cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyib: “Çünki dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafını öz siyasətinin başlıca istiqaməti kimi müəyyənləşdirib, qarşıya qoyulan məqsədlərə çatmaq üçün çoxsaylı Dövlət proqramları, layihələr reallaşdırılıb. Azərbaycan iqtisadiyyatı şaxələndirilib, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilib. Son illər ölkənin sənaye, turizm, idman, bank fəaliyyəti, ticarət və digər sahələrində ciddi irəliləyiş müşahidə olunmaqdadır. Məhz buna görə də, xalqımız növbəti dəfə cənab İlham Əliyevə səs verəcək”.
Görüşlərdə çıxış edən millət vəkili Sahib Alıyev Azərbaycanın əldə etdiyi iqtisadi uğurların hər bir sahədə köklü dəyişikliklərlə müşahidə olunduğunu və bunun vətəndaşlarımızın həyatında öz əksini tapdığını bildirib: “Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Millət vəkili onu da əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib: “Bunun ən böyük təsdiqi, qeyd etdiyimiz kimi, 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də, ölkəmizə olan etimadı artırır”.
Görüşlərdə çıxış edən Mamırlı kənd sakinləri, Məzahir Cəfərov, Baxşeyiş Məmmədov və Məhəbbət Səlimova, həmçinin, Poladlı kənd sakinləri, Asif Abbasov, Qabil Kərimov, Zöhrə Şirinova ölkədə aparılan quruculuq, abadlıq işlərinin Tərtərdən də yan keçmədiyini deyiblər. Çıxışlarda qeyd olunub ki, hazırda Azərbaycanın bütün rayonlarında, o cümlədən Tərtərdə də böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır: “Bütün bu uğurların və inkişafın davam etməsi üçün isə biz tərtərlilər oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəyik”.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53

