Birliyin növbəti təzahürü
31.05.2025 [11:45]
Mayın 28-də Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib. Konsertdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iştirak ediblər.
Tədbirdə çıxış edən dövlətimizin başçısı bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edib. Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirdiklərini , yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanında olduqlarını bildirib. İkinci üçtərəfli Zirvə görüşündə bir daha strateji əməkdaşlığın təsdiqləndiyini, işğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürü olduğunu qeyd edib.
Dövlətimizin başçısı çıxışında 30 il ərzində işğal altında qalan Laçın şəhərində birgə olmağın böyük rəmzi məna daşıdığını vurğulayıb. Cənab prezident qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. “Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi”- deyən ölkə başçısı bu böyük siyasi və mənəvi dəstəyə görə qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarlığını bildirib.
Dövlət başçısı müzakirə edilən məsələlərin, əldə edilmiş razılaşmaların üç qardaş ölkəni bir-birinə daha da yaxın edəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından bəhs edərək qeyd edib ki, 107 il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki il sonra - 1920-ci ilin aprel ayında müstəqilliyimiz əlimizdən alınmışdır. Ondan bir neçə ay sonra - 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilmişdir. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır. Ancaq xalqımızın iradəsi və qardaş xalqların dəstəyi bizə güc verirdi, bizi ruhlandırırdı və iradəmizi gücləndirirdi.
Dövlətimizin başçısı 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdiyini, ancaq Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirdiyini, müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı soyqırımı törətdiyini , Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq bir gecə içində vəhşicəsinə öldürüldüyünü diqqətə matdırıb. Cənab Prezident müstəqillik elan olunandan yeddi ay sonra Laçın erməni işğalına məruz qaldığını, ondan əvvəl Şuşa şəhərinin işğal olunduğunu, Ermənistanın işğalçılıq siyasəti ondan sonra da davam etdirildiyini bildirib.
“Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20 faizi erməni işğalına məruz qalmışdır”- deyən dövlətimizin başçısı Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qaldığını, qaçqın-köçkün həyatına başladığını söyləyib. Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmadığını, güc topladığını, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olmaq üçün çalışdığını vurğulayıb.
Prezident İlham Əliyev çıxışında 44 günlük İkinci Qarabağ müharibəsindən bəhs edərək, döyüş meydanında 300-dən çox şəhər və kəndin, O cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərinin işğalçılardan azad edildiyini bildirib. Dövlətimizin başçısı 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olduğunu, bunun nəticəsində bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam işğalçılardan azad edildiyini , 2023-cü ildə birgünlük antiterror əməliyyatı isə dövlət suverenliyimizi tam bərpa etdiyini və Azərbaycanda separatizmin kökünün birdəfəlik kəsildiyini diqqətə çatdırıb.
Azad edilmiş bütün torpaqlarda bərpa, quruculuq işlərinin getdiyini bildirirən Prezident İlham Əliyev , burada böyük infrastruktur layihələrinin icra edildiyini - xəstəxanalar, məktəblər, üç hava limanının tikildiyini, dəmir yolları, avtomobil yollarının salındığını, 70 kilometrə yaxın tunelin inşasının sürətlə getdiyini vurğulayıb. Ölkə başçısı diqqətə çatdırıb ki, Şərqi Zəngəzur və Qarabağ bölgələrimizdə 43 min insan yaşayır və çalışır. Bu bölgəyə həyat qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz qayıtmalıydıq və qayıtmışıq.
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

