Azərbaycan və Macarıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir
22.05.2025 [23:16]
Azərbaycan və Macarıstan arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Hər iki ölkənin rəhbərləri - Prezident İlham Əliyev və Baş nazir Viktor Orban arasında qurulmuş şəxsi dostluq və qarşılıqlı etimad bu münasibətlərin inkişafına mühüm töhfə verir. İki ölkə yalnız ikitərəfli çərçivədə deyil, həm də beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda bir-birini daim dəstəkləyir.Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dioloq mövcuddur.Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.
Hər zaman müstəqillik və suverenlik prinsiplərindən çıxış edən ölkələrimiz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirlər.Yeni geosiyasi və geoiqtisadi reallıqlar şəraitində Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında yer alan dövlətə çevrilib.Öz növbəsində dost ölkə respublikamızın Avropa İttifaqı ilə inteqrasiyasının genişlənməsinə güclü siyasi dəstək göstərir.Regional lider dövlət kimi qüdrətli Azərbaycanın çoxvektorlu xarici siyasət portfelində Macarıstanın xüsusi yeri var.Bu münasibətlər diplomatik aspekti ilə yanaşı, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, mədəni yaxınlaşma və strateji tərəfdaşlıq müstəvisində özünün parlaq təzahürünü tapır. Bugünkü mürəkkəb beynəlxalq münasibətlər sistemində tarixi qardaşlıq bağına - türk soyuna mənsub Macarıstanla münasibətlər siyasi iradənin təcəssümü ilə yanaşı, həm də xalqların ortaq maraqlara söykənən qardaşlıq duyğularının ifadəsidir.Ölkəmiz müstəqillik əldə etdikdən sonra qurulan siyasi əlaqələr son dövrlərdə inkişafın daha məhsuldar mərhələsinə qədəm qoymuşdur.Bu münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının mütəmadi qarşılıqlı səfərləri və görüşləri əvəzsiz rol oynayıb.Bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana, Macarıstanın Baş naziri Viktor Orban isə Azərbaycana səfərlər etmişdir.Bu səfərlər çərçivəsində imzalanan sənədlər, xüsusilə 2023-cü ildə imzalanmış Genişləndirilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, ikitərəfli əlaqələrin hüquqi bazasını möhkəmləndirmişdir.Məlumdur ki, tarixdə ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısı Macarıstanda keçirilir.Məhz belə bir əlamətdar zamanda ölkə başçımızın Macarıstana səfəri öz əhəmiyyəti ilə seçilir.Xatırlatmaq yerinə düşər ki, ötən il Macarıstanın Baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə Şuşaya səfəri sadəcə diplomatik ziyarət deyildi.Bu, tarixi və strateji baxımdan dərin məna daşıyan hadisə idi. Məhz həmin dövrdə Macarıstan Avropa İttifaqı Şurasına sədrlik edirdi və bu fakt Orbanın səfərinə əlavə simvolik və siyasi çalar qazandırırdı.Viktor Orban Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları arasında Şuşaya səfər edən ilk lider kimi tarixə düşdü.Bu səfər həm Şuşanın regional və beynəlxalq müstəvidə artan əhəmiyyətinin, həm də Macarıstanın Azərbaycanın suverenliyi və geosiyasi mövqeyinə verdiyi açıq dəstəyin bariz ifadəsi oldu.Qlobal təhdidlər və regional çağırışlar fonunda Azərbaycanın və Macarıstanın ortaq maraqlara əsaslanan əməkdaşlığı sülhə və sabitliyə xidmət edir. Bu əməkdaşlıqda ikitərəfli təşəbbüslər qədər çoxtərəfli platformalarda qarşılıqlı dəstək də mühüm yer tutur. Xüsusi vurğulanmalıdır ki, Azərbaycanla Macarıstan arasında münasibətlərin bünövrəsində tarixə, mədəniyyətə və humanist dəyərlərə hörmət dayanır.Bu münasibətlər bu gün xalqlar arasında artan qarşılıqlı simpatiya və hörmətlə möhkəmlənir.Azərbaycan və Macarıstan arasında mədəni və humanitar sahələrdə də əməkdaşlıq mövcuddur.Təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilən birgə layihələr, iki xalq arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət edir.Macarıstanda azərbaycanlı tələbələrin təhsili və Azərbaycan mədəniyyətinin tanıdılması, iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verir.Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu getdikcə yüksəlir.Artıq dövlətimizin Mərkəzi və Şərqi Avropa ölkələri ilə də əlaqələri yeni siyasi mərhələyə qədəm qoyub.Xüsusilə, Macarıstanla əlaqələrin möhkəmləndirilməsi son illərdə xarici siyasətimizin mühüm istiqamətlərindən birinə çevrilib. İki dost ölkə arasında əlaqələr təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində inkişaf edir. Eyni zamanda, Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır.Macarıstan Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını dəstəkləyən ölkələrdəndir.2023-cü ildə Azərbaycan qazının Macarıstana ixracına dair razılaşmalar imzalanıb ki, bu da enerji təhlükəsizliyi sahəsində mühüm addım olub. Macarıstan şirkətləri Azərbaycanın “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları da daxil olmaqla əsas neft-qaz layihələrində pay sahibidir.Növbəti il Azərbaycanın quru yataqlarında da Macarıstan şirkətlərinin fəaliyyəti planlaşdırılır. Bu əməkdaşlığın nəticəsi olaraq ötən ildən Macarıstana təbii qazın ixracına başlanılıb.
Dövlətlərarası əlaqələrin inkişafında liderlərin şəxsi münasibətləri bəzən diplomatik protokolların da fövqündə dayanır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orban arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad bu gün iki ölkənin strateji tərəfdaşlığının əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu dostluq təkcə sözlərlə deyil, real səfərlər və konkret nəticələrlə təsdiqlənir. Son illər Azərbaycan və Macarıstan arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlıq ruhunun canlı təzahürüdür.Prezident İlham Əliyevin Macarıstana səfəri təkcə ikitərəfli əlaqələri gücləndirmək yox, həm də Türk Dövlətləri Təşkilatının beynəlxalq aləmdəki rolunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

