Azərbaycanın təcrübəsi çox qiymətlidir
19.03.2025 [18:37]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Ölkə Prezidenti cənab İlham Əliyev martın 13-də “Euronews” televiziyasına verdiyi müsahibəsində XII Qlobal Bakı Forumunun beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında vacib rolu olduğunu bir daha qeyd etdi. Beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda tədbir iştirakçılarının ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşə bilmək imkanı əldə etmələri əlbəttə ki, böyük nailiyyətdir. Cənab Prezidentin çıxışında qeyd edildiyi kimi, Forumda müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edirdi ki, onların da hər biri böyük təcrübəyə və biliyə malikdirlər.
Azərbaycanın getdikcə möhkəmlənən beynəlxalq mövqeyi bu və ya digər məsələlərlə bağlı ölkəmizin təcrübəsini də dünya dövlətləri üçün qiymətli edir. Son illər ərzində əldə olunmuş uğur və nailiyyətlərimizi şərtləndirən əsas amillərdən bəhs edən möhtərən dövlət başçımız bildirdi ki, Azərbaycan Milli maraqlar məsələsində heç kəsə və heç bir təsisata arxalanmayıb. Cənab Prezident hazırda planetin müxtəlif nöqtələrində gedən istənilən bir münaqişə ocağının iştirakçılarına rəğmən belə bir fikir ifadə etdi ki, hər bir ölkənin özünün öz taleyinin sahibi olduğunu anlamalıdır. Əlbəttə ki, bu nə qədər tez baş versə bir o qədər də yaxşı olar. Cənab Prezident İlham Əliyev xarici yardımların gec-tez ciddi fəsadlara səbəb olacağını xüsusi vurğuladı və bildirdi ki, əgər bir ölkə həmişə kiminsə yardımına bel bağlasa, bu, ilk növbədə həmin ölkəni zəiflədəcək. İkinci bir tərəfdən də bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur. Ən pisi isə budur ki, iqtisadi asılılıq vəziyyətində olan həmin ölkə faktiki olaraq öz suverenliyinin bir hissəsini itirmiş olur.
Məhz bütün bunların baş verməməsi üçün Azərbaycan fərqli yolla getdi. Öz resurslarına, öz potensialına güvənən və ən əsası öz rəhbərinə inanan Azərbaycan cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə suverenliyini və ərazi bütövlüyünü özü bərpa etdi və indi də gələcəyini özü qurur. Möhtərəm dövlət başçımızın dediyi kimi, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir.
Cənab Prezidentin öz müsahibəsində toxunduğu vacib məsələlərdən biri də Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı idi. Bu xüsusda qeyd olundu ki, hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləsi hələ də yoxdur. Əlbəttə, vəziyyətin mühüm bir üstünlüyü var ki, sakitlikdir, itkilər yoxdur və sairə. Lakin sülh sazişi imzalanana qədər burada davamlı sülh və sabitlik olmayacaq. Bununla belə, Qarabağda olan münaqişə öz həllini tapıb və bunun beynəlxalq hüquq, tarixi ədalət əsasında öz həllini tapmış yeganə münaqişə olduğunu bu gün bütün dünya qəbul edir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

