Çin-Azərbaycan strateji tərəfdaşlığı
17.02.2025 [17:30]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində olduqca mühüm məqamlara toxunub, Azərbaycan-Cin münasibətlərindən bəhs edib. Prezident İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti olduğunu diqqətə çatdırıb. Ölkə başçısı qeyd edib ki, Azərbaycan bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdi. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. “Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı”, - deyən ölkə başçısı Azərbaycanın bu məsələni özünün həll etməli, ədaləti özünün bərpa etməli olduğunu bildirib.
Prezident İlham Əliyev çoxqütblü dünyada Azərbaycanın yerinin harada olması ilə bağlı aparıcının sualını cavablandırması müsahibədə diqqət çəkən məqamlardan biri olub. Ölkə başçısı vurğulayıb ki, Azərbaycan ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğu yerdədir. “Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir” - deyən dövlətimizin başçısı bildirib ki, buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Ölkə başçısı əlavə edib ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq.
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən məqamlardan biri də Ümumdünya Ticarət Təşkilatı ilə bağlı səsləndirdiyi fikirlər olub. Ölkə başçısı qeyd edib ki, Azərbaycan hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, baxmayaraq, uzun illərdir, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindədir. Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf proteksionizm, ikili standartlar, tariflərdir - bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Bu ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir.Buna görə də danışıqlar prosesindəyik. Lakin, eyni zamanda, üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndiririk. Narahat edən məqamlardan biri indi müzakirə etdiyimiz mövzudur. Digəri isə ondan ibarətdir ki, sənayemiz və ixrac potensialımız bunun üçün yaxşı hazır olmalıdır. Çünki bu vaxtadək ixracın əsas hissəsi qazıntı enerji növləridir.
Çinlə Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev iki ölkənin strateji tərəfdaş olduğunu vurğulayıb. “Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”, - deyə ölkə başçısı əlavə edib.
Dövlətimizin başçısı eyni zamanda Azərbaycanın Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq, Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzaladığını diqqətə çatdırıb. Ölkə başçısı bildirib ki, Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.
“Çinlə ABŞ arasında qarşılıqlı əlaqələri necə görürsünüz?”, sualını cavablandıran ölkə başçısı qeyd edib ki, Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir. Əlbəttə ki, müxtəlif məsələlərdə onların arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07

