Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir
30.01.2025 [16:39]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 28-də keçirilmiş nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında bu sahədə son illər ərzində görülən işlərin təhlili, əldə olunan nəticələr, eləcə də növbəti illərdə qarşıda duran vəzifələrin icrası ilə bağlı mühüm açıqlamalar təqdim olunub. İlk növbədə qeyd olunub ki, son illər ərzində Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir. Bununla belə paytaxtda yenə də tıxacların müşahidə olunduğunu qeyd edən dövlət başçısı bildirdi ki, bunun əsas səbəblərindən biri ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisinin ildən-ilə artmasıdır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb. Buna görə də vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı təmin edə bilmir.
Bu səbəbdən nəqliyyat məsələləri dövlətimiz tərəfindən həmişə diqqət mərkəzində saxlanılır. Son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər bu işləri görülməsəydi, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Həmçinin bütün ölkə üzrə də son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir. Kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilmişdir. Sadəcə 20 il bundan əvvəl hətta Bakı şəhərinin əsas yolları belə faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Ötən illər ərzində yeni yollar salındı, bütün şəhərlərimiz müasir yollarla birləşdirildi. Artıq bütün sərhədlərimizə müasir avtomagistrallar aparır. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il bu məqsədlər üçün vəsait ayrılır.
Bütün bunlarla yanaşı bu gün Azərbaycan həm də Avrasiyanın nəqliyyat xəritəsinin mühüm qovşağına çevrilib. Bu məqsədlə birbaşa cənab Prezident İlham Əliyev tərəfindən böyük səylər göstərilib və praktiki işlər görülüb. Hazırda ölkəmizin ərazisindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Qeyd olunmalıdır ki, Zəngəzur dəhlizi də birbaşa mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli bir hissəsidir. Möhtərəm dövlət başçımız öz çıxışında bu mövzuya toxunaraq xüsusi vurğuladı ki, Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək. Ölkəmizin İkinci Qarabağ müharibəsindəki Zəfərindən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir. Qeyd olundu ki, Azərbaycan bu dəhlizin açılması üçün praktiki addımlar atır. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir və 10 noyabr Bəyanatını imzalamaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır. Lakin bütün bunlara baxmayaraq Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olacaq. Ermənistan artıq neçə müddətdir ki, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki, cənab Prezident İlham Əliyevin dediyi kimi, bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bu, dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırılıb. Əgər ermənilər bu layihəni doğrudan da həyata keçirmək istəyirlərsə, bunun üçün ilk növbədə, Azərbaycana müraciət etməlidirlər. Azərbaycanın isə şərtləri aydındır, tam ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan öz öhdəliklərinə mütləq əməl etməlidir və Zəngəzur dəhlizinin açılmasına törədilən əngəllər aradan qaldırılmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

