Şərqi Zəngəzurdan Qərbə xəbərdarlıq
07.10.2024 [17:33]
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi
Cəbrayıl şəhərinin işğaldan azad olunması Vətən müharibəsinin sonrakı gedişatına müsbət təsir göstərmiş və Ordumuzun zəfər əzmini daha da yüksəltmişdir. İşğalda olan digər ərazilərimiz kimi Cəbrayılda da erməni vandalizmi sərhəd tanımamışdır. Bütün şəhər yerlə yeksan edilmiş, cəmi iki bina qalmışdır ki, orada da erməni hərbçiləri yerləşmişdi. İşğaldan sonra Cəbrayıl rayonunda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. İnfrastruktur layihələri uğurla və sürətlə icra edilir. Rayona qayıdacaq sakinlərin məşğulluğunu təmin etmək üçün tədbirlər görülür. Prezident İlham Əliyev Cəbrayıla hər bir səfəri zamanı müxtəlif təyinatlı müəssisələrin təməlini qoymuşdur. Ümumilikdə “Araz Vadisi Sənaye Zonası”nda 15-ə yaxın müəssisənin təməli qoyulub ki, artıq onlardan biri fəaliyyətdədir. Bir sözlə, insanların Cəbrayılda yaşaması və işləməsi üçün hər bir şərait yaradılır. Oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdikləri Cəbrayıl yaşayış kompleksi də bu qəbldəndir.
Yaşayış kompleksinin açılışı zamanı çıxışında Prezident İlham Əliyev tarixi Zəfərimizdən, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, Qərbin ölkəmizə qarşı olan qərəzli, əsassız mövqeyindən geniş bəhs etdi. Ölkə başçısı vurğuladı ki, Ermənistan 30 il ərzində torpaqlarmızı işğalda saxladığı müddətdə bu ölkəyə qarşı beynəlxalq aləm tərəfindən heç bir təsir və təzyiq olmadı. Minsk qrupu münaqişəni həll etmək əvəzinə erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və Azərbaycanı alçaldıcı sülhə təhrik etməklə məşğul idi. Ermənistan hətta dünyanın bir nömrəli təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də məhəl qoymurdu. Prezident İlham Əliyev bildirdi ki, Qərb zamanla ölkəmizi işğalla barışmağa çağırır, münaqişənin hərbi həllinin olmadığını qeyd edirdi. Fransa və onun kimi bəzi dövlətlər bu istiqamətdə əllərindən gələni edirdilər. Lakin Azərbaycan bütün təzyiqlərə rəğmən işğalla barışmadı və öz əzəli torpaqlarını düşmən tapdağından azad etdi. Bunla barışa bilməyən, Azərbaycanın qələbəsini həzm edə bilməyən Qərb dövlətləri bu gün ölkəmizə qarşı sanksiyalar tətbiq etmək istəyir, davamlı olaraq Ermənistanı silahlandırırlar. Erməniatanın təhlükəli oyunlara qoşulduğunu qeyd edən Prezident İlham Əliyev bu ölkəyə və havadarlarına çox ciddi xəbərdarlıq etdi. Ermənistan İkinci Qarabağ müharibəsinin tarixçəsini və antiterror əməliyyatlarını unutmamalı, təhlükəli oyunları dayandırmalıdır. Ermənistanı davamlı silahlandıran Fransa və digər anti-Azərbaycan ölkələr isə Cənubi Qafqazı rahat buraxmalıdırlar. Təbbi ki, Azərbaycanın səbri sonsuz deyildir.
Cəbrayıl yaşayış kompleksinin açılışı zamanı çıxışında Prezident İlham Əliyev ölkə gəncliyinə də xitab etdi. Ölkə başçısı bildirdi ki, gənc nəsil diqqətli olmalı heç bir vədə, heç bir yalançı ifadəyə inanmamalıdır. Bir halda ki, anti-Azərbaycan qüvvələrin hədəfi gənc nəslin şüurudur. Bunun üçün Azərbaycana qarşı olmazın yalanlar uydurur, öz mətbuatlarında və dırnaqarası qeyri-hökumət təşkilatlarında bu yalanları tirajlayırlar. Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürlər müxtəlif QHT-lər, hansısa ictimai qurumlar adı altında bu günə qədər maliyyələşdirilirlər. Məqsəd gənc nəslin şüuruna təsir edə bilməkdir. Odur ki, gənclər diqqətli olmalı, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45

