Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Regionun lideri, dünyada söz sahibi…

Regionun lideri, dünyada söz sahibi…

10.09.2024 [16:38]

Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir.Bu nüfuzun qazanılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Bu gün Azərbaycan apardığı siyasət nəticəsində regionda liderliyini qoruyub saxlayır. Eyni zamanda, ölkəmiz Cənubi Qafqazın iqtisadi baxımdan da lider dövlətidir.Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir.

Mürəkkəb beynəlxalq münasibətlər şəraitində milli dövlətlərin dünya siyasətində mövqeyini möhkəmləndirən, nüfuzunu artıran başlıca strateji amil həyata keçirilən xarici siyasət kursunun səmərəliliyidir. Uğurlu xarici siyasət kursu milli maraqların təmin olunmasını mümkün etməklə yanaşı, ölkənin qarşısında yeni inkişaf perspektivlərinin yaranmasını şərtləndirir. Bu kontekstdə Azərbaycan təcrübəsi isə unikal və mütərəqqi nümunə kimi çıxış edir.

Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Elə buna görə də dünyada bir sıra nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qəbul edilir. Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir.

Azərbaycanın ikitərəfli münasibətlərinin dinamik inkişaf etdiyi ölkələr sırasında İta­liya xüsusi yer tutur. Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına təkan verən bir çox mühüm məqam var. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər Azərbaycanla İtaliya arasında çox sayda sənəd imzalanıb. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Siyasi münasibətlər hələ ümummilli lider Heydər Əliyevin 1997-ci ildə İtaliyaya səfəri zamanı əsasını qoyduğu möhkəm təməl üzərində qurulub

Azərbaycanla İtaliya arasında çox güclü siyasi əlaqələrin olması tərəfdaşlığımızın güclü təməlini təşkil edir. 2014-cü və 2020-ci illərdə iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq üzrə iki mühüm bəyannamə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini sübut edir. Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşı olması çox mühüm amildir. Uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə olmuşdur və İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir. Eyni zamanda, İtaliya ilə humanitar, həmçinin mədəniyyət, təhsil və elm sahələrində möhkəm münasibətlərimiz var.

04 sentyabr 2024-cü il tarixdə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə arasında strateji münasibətlərin inkişafı baxımından əhəmiyyətli olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya səfəri həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin 06 sentyabr 2024-cü il tarixində keçirilmiş “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı mövzusunda çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı.

Prezident İlham Əliyev çıxışında Cənub Qaz Dəhlizinin  fəaliyyətini yüksək qiymətlən­dirərək bu qaz dəhlizinin hazırda 10 ölkə­nin enerji təhlükəsizliyini gerçəkləşdirdi­yini bildirib. Ölkə Prezidenti qeyd etdi ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər daha geniş coğrafiyanı əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq”. Bu görüş Azərbaycan Liderinin qətiyyətini, ölkənin mövqeyini bir daha nümayiş etdirdi.

2018-ci ildə Prezident Sercio Mattarellanın Azərbaycana dövlət səfəri, Prezident İlham Əliyevin İtaliyaya 2020-ci ildə dövlət və 2022-ci ildə isə işgüzar səfərləri ölkələrimiz arasında münasibətlərin ən mükəmməl səviyyəyə yüksəlməsini təmin edib. “İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi dəvəti əsasında baş tutan səfərin məqsədi Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin icrası prosesində bir sıra sahələr üzrə aktual məsələlərin müzakirəsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticəyönümlü növbəti addımların müəyyən edilməsidir.

Prezident İlham Əliyev tərəfindən ardı­cıl həyata keçirilən demokratik proseslər və sosial-iqtisadi islahatlarla yanaşı, uğurlu xa­rici siyasət dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini respublikamıza yönəldib. Prezident İlham Əliyevin uğurlu, müstəqil və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan regionun lideri olmaqla bərabər, eyni zamanda, artıq dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib. Müstəqil siyasət beynəlxalq aləmdə ölkəmizin nüfuzunu daha da yüksəldir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan müstəqil siyasət aparmaqla müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilməkdədir. Bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər əldə etməkdə davam edir.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri

Paylaş:
Baxılıb: 167 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Birləşmək amalı

04 Oktyabr 14:53

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Sosial

Sosial

4 il əvvəl, 4 oktyabrda...

04 Oktyabr 08:18  

Dünya

Dünya

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31