/ / YAP Ağsu rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü qeyd olunub
YAP Ağsu rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü qeyd olunub
07.11.2012 [03:03]
Dünən Ağsu şəhər Mədəniyyət sarayında Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov məruzə ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü təkcə partiyada deyil, bütün xalq tərəfindən, vətənini, dövlətini sevən, onun bu gününə, sabahına, xoşbəxt gələcəyinə biganə qalmayan bütün vətəndaşlar tərəfindən yüksək bayram əhval- ruhiyyəsi ilə qeyd edilir. İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas qüvvəyə çevrilən siyasi qurum olub. Tarixi zərurətdən yaranan partiya ötən 20 ildə xalqa xidmət missiyasını şərəflə yerinə yetirib. Yeni Azərbaycan Partiyasının yaradılmasının o dövrün tələbi olduğunu deyən Əli Hüseynov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi qüvvənin formalaşması zərurətə çevrilmişdi. 1990-cı illərin əvvəlində hakimiyyətdə olanların səriştəsiz siyasəti nəticəsində Azərbaycan uçuruma sürüklənirdi: “Ölkəmizdə iqtisadi-siyasi böhran dərinləşirdi, xalqın həyat səviyyəsi pisləşirdi. Belə bir şəraitdə insanların sabaha inamları qalmamışdı. Cəmiyyətdə belə bir rəy formalaşmışdı ki, Azərbaycanı yalnız bu bəladan Ümummilli lider Heydər Əliyev xilas edə bilər. Ona görə də, ölkəmizin nüfuzlu 91 ziyalısı Ulu öndər Heydər Əliyevə müraciət etdilər”.
Ə.Hüseynov qeyd edib ki, partiya Naxçıvanda yaradıldıqdan sonra onun yerli təşkilatları formalaşmağa başlayıb: “Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı 19 noyabr 1993-cü ildə təsis olunmuşdur. Təsis konfransını keçirən zaman rayon təşkilatının 9 ərazi təşkilatı, sıralarında 188 üzv var idi. Hazırda isə təşkilatın 90 ərazi ilk təşkilatında 4 min 550 nəfərdən çox insan birləşib. Üzvlərdən 1255 nəfəri gənclər, 1739 nəfəri qadınlardır. Bizim təşkilatımızda intellektual insanlar, ziyalılar daha çox üstünlük təşkil edir. YAP Ağsu rayon təşkilatı ölkəmizdə keçirilən seçki kampaniyalarında, eləcə də, digər ictimai-siyasi tədbirlərdə fəal iştirak edir”.
Yığıncaqda təhsil işçiləri ərazi ilk partiya təşkilatının sədri Tahir Xasi, YAP Ağsu rayon Qadınlar Şurasının sədr müavini Sevil Mirzəliyeva, Gənclər Birliyinin sədri Fərmail Nəsrullayev, YAP Ağsu rayon təşkilatının Şura üzvü Cavan Cavadov, Veteranlar Cəmiyyətinin sədri Camaləddin Zeynalov, Təklə kənd orta məktəbinin müəllimi Əmrulla Kərimov çıxış ediblər.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan Yeni Azərbaycan Partiyasının rolundan ətraflı bəhs edib. YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadiyyatı inkişaf edib, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş verib. Ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunub. Azərbaycan bölgəmizin ən güclü dövlətinə çevrilib. Azərbaycanın uğurları yalnız bölgənin güclü dövlətinə çevilməsi ilə məhdudlaşmır. Ölkəmiz, eyni zamanda, beynəlxalq aləmdə yeri və rolunu artırıb. Bunun ən bariz nümunəsi kimi BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini qeyd etmək lazımdır. Beləliklə, YAP-ın həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edib, yüksəlib.
M.Qurbanlı Ağsu rayonunda aparılan abadlıq işlərindən razılıq hissi ilə danışıb: “Bütün respublikamızda olduğu kimi Ağsu rayonunda da aparılan tikinti, abadlıq, quruculuq işləri məni çox sevindirir”.
Sonda rayon təşkilatına öz tövsiyyələrini verib.
Millət vəkili Ərəstun Cavadov çıxış edərək bildirib ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək, bu gün cəmiyyətin ən aparıcı qüvvəsinə çevirilib. Partiyanın böyük nüfuza malik olması onun yaradıcısı, Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bildirib ki, nəinki ölkənin, eləcə də bölgənin aparıcı siyasi qüvvəsinə çevrilən YAP-ın sıralarının günbəgün artması Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisidir: “Bu gün Azərbaycanın səsinin dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından eşidilməsi düzgün qurulan siyasətin nəticəsidir. Bu gün bu siyasət möhtərəm Prezidentimiz , Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
YAP Ağsu rayon təşkilatının İdarə Heyətinin üzvü, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Azərbaycanın uğurlarından geniş bəhs edib. Bildirib ki, Azərbaycanın hazırda ən yüksək zirvələri fəth etməsi Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Azərbaycanın hər bölgəsi, qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır.
Yığıncaqda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.
Sonda YAP Ağsu rayon təşkilatının yığıncaq iştirakçıları adından ölkə Prezidenti, YAP Sədri İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

