Şuşanın dirçəldilməsi geniş vüsət alıb
14.05.2024 [11:13]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Şuşadan dünyaya verilən mesaj Azərbaycanın iradəsinin ifadəsidir Prezident İlham Əliyev mayın 10-da Şuşa şəhərində sakinlərlə görüşdə bir çox məqamlara diqqət yetirdi. Həm ermənilərin xaricdəki havadarlarına, həm də daxildəki revanşistlərə mesajlar verdi. Radikallar baş nazir Nikol Paşinyanı devirib Azərbaycanla mövcud razılaşmalardan imtina etsələr, sərhəddə quraşdırılan dirəkləri söksələr, bunun, növbəti müharibəyə səbəb olacağını və bu dəfə ermənilərin itkilərin daha böyük olacağı anonsunu vermiş oldu. Prezident çıxışında 2003-cü ildən başlayaraq bütün keçmiş məcburi köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlindən gələni əsirgəmədiyini vurğulayıb. Bunun üçün iqtisadiyyatın gücləndirilməsi, güclü ordu potensialının yaradılması, işğal altında olan torpaqların canı-qanı bahasına azad edəcək gənc nəslin yetişdirilməsi istiqamətində görülmüş işlərdən bəhs edib. “Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq”. Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik, bir daha dövlətimizin gücünü göstərdik, güclü siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik. Beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir. Şuşalılarla görüşdə ölkə başçısı burada aparılan genişmiqyaslı işlərdən də bəhs edərək, buradakı quruculuq prosesinin miqyasına toxunmaqla “Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir” deyə fikirini tamamlayıb. Bu gün Şuşanın dirçəldilməsi geniş vüsət alıb, buradakı quruculuq işləri ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Qeyd etmək lazımdır ki, Şuşa müasir şəhərsalma qaydalarına uyğun qurulmaqla yanaşı buranın yol infrastruktunun qurulmasına xüsusi diqqət göstərilir. Bərpa-quruculuq işlərinə dünyanın aparıcı şirkətləri cəlb edilib. Azad edilmiş ərazilərdə aparılan quruculuq işləri ilə paralel olaraq həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələlərinin həlli üçün treninqlər keçirilir, dogma torpaqlarına qayıdacaq insanların işlə təmin olunması məsələlərinə xüsusi diqqət göstərilir. Qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu işğal olunmuş torpaqların, o cümlədən Şuşanın azad olunması idi. Məhz Ulu Öndərin doğum günündə şuşalılarının öz dogma torpaqlarına qayıtması rəmzi məna daşıyırdı. Prezident Şuşa sakinləri ilə görüşdə deyir: “Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır”. İşğaldan azad olunmuş bütün ərazilərdə mühüm layihələr uğurla icra olunub. Bu müddət ərzində bu qədər işləri görmək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının qətiyyətinin, dövlətimizin qüdrətinin göstəricisidir. Xüsusilə, Böyük Qayıdışa dair Dövlət Proqramı ilə yanaşı Azərbaycanın bütün regionlarında sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir.
Xəbər lenti
Hamısına baxHadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31

