Kılıçdaroğlu sədrliklə vidalaşdı...
07.11.2023 [10:45]
CHP-nin son qurultayı parçalanma yolunda ilk addım olacaqmı?
Türkiyənin “ana müxalifət” partiyası Cümhuriyyət Xalq Partiyasının 38-ci qurultayı sədr dəyişimi ilə yadda qaldı. 17 saatdan çox davam edən qurultayda Kamal Kılıçdaroğlu rəqibi Özgür Özələ uduzub. Qeyd edək ki, ilk turda partiyadaxili müxalifətin lideri qismində çıxış edən Özgür Özəl qurultay iştirakçılarının 682 səsini qazanıb. Bunun qarşılığında isə Kılıçdaroğluna etimad göstərənlər 662 nəfər olub. Başqan seçilmək üçün isə 684 səsə ehtiyac duyulub - beləliklə, ikinci tur səsverməsi reallaşıb. Bakı vaxtilə saat 04-20 radələrində ikinci turun nəticələri açıqlanıb: Özgür Özəl 812 səslə yeni CHP başqanı seçilib. Köhnə sədr Kılıçdaroğlu isə 536 səslə ikinci olub.
İkinci dəfə ikinci tur məğlubiyyəti...
Qeyd edək ki, sonuncu prezident seçkilərindən sonra CHP daxilində baş verənlər qısa zamanda yeni dəyişikliklərin anonsunu verirdi. Seçki marafonunda açıq fərqlə Prezident Rəcəb Tayyib Ərdoğana məğlub olmuş Kamal Kılıçdaroğlunun partiya sədrliyindən istefa verməsi təşkilatın bir sıra yerli bölmələri tərəfindən də gündəmə gətirilmişdi. Hətta partiyadaxili müxalifətin formalaşmasında xüsusi fəallığı ilə seçilən İstanbul Böyük Şəhər Bələdiyyəsi başqanı Əkrəm İmamoğlunun partiya sədrliyinə namizədliyi məsələsi müzakirə edilirdi. Sonradan yeni namizədin Özgür Özəl olacağı bildirildi. Beləliklə, 100-dən çox CHP-li deputatın və İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun da dəstəklədiyi 49 yaşlı Özgür Özəl CHP-nin 13 illik başqanı Kamal Kılıçdaroğluya qalib gələrək 8-ci partiya lideri seçildi. Qalibi qurultaya rəhbərlik edən sədarətin başçısı İmamoğlu elan edib.
Yeni sədr kimdir?
CHP-nin 8-ci başqanı olan Özgür Özel 1974-cü ildə Manisada doğulub. Balkan kökənli ailənin övladı olan Özel Ege Universiteti məzunudur, ixtisasca əczaçıdır. O, siyasətə qoşulmadan öncə Türk Əczaçılar Birliyinin baş katibi olub. 1999-cu ildə özəl əczaçı kimi fəaliyyətə başlayıb. 2001-2007-ci illərdə Manisa Əczaçılar Palatasında bir müddət baş katib, iki dövr isə palata sədri vəzifələrində çalışıb. Bu müddətdə Manisa Akademik Palatalar Birliyinin müddətli sözçüsü və rəhbəri olub. Bundan əlavə, Beynəlxalq Əczaçılıq Federasiyası, Avropa Birliyinin Əczaçılıq Qrupu və Avropa Əczaçılıq Forumu kimi beynəlxalq təşkilatların üzvüdür.
2007-2011-ci illər arasında Türkiyə Əczaçılar Birliyində bir dövr xəzinədar, iki dövr baş katib vəzifələrində çalışıb. Həmin dövrdə Manisanı təmsil edərək Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Türkiyə Böyük Millət Məclisində işlədiyi müddətdə Səhiyyə, Ailə, Əmək və Sosial Məsələlər Komissiyası, CHP Həbsxanaları İzləmə və İstintaq Komissiyası, CHP Universitet və Tələbə Problemləri Araşdırma Komissiyası, Türkiyə Böyük Millət Məclisi Soma Mədən Araşdırma Komissiyasına üzvlük kimi mühüm vəzifələri öz üzərinə götürüb.
25, 26 və 27-ci dövrlərdə Cümhuriyyət Xalq Partiyasının qrup sədrinin müavini olaraq Türkiyə Böyük Millət Məclisində CHP-nin işinə rəhbərlik edib, 2015-ci ildə isə deputat qrupunun sədri olub.
CHP parçalanma ərəfəsində...
Qeyd edək ki, seçkidən əvvəl Kılıçdaroğlunun “kürəyimdə xəncərlə seçkiyə gedirəm” replikası böyük söz-söhbətə səbəb olub. Vaxtilə prezident seçkisi dönəmində bəzi qüvvələrin onun əleyhinə işləməsi iddiasına “işarə” vuran Kılıçdaroğlu ikinci tur səsverməsinin nəticələrini gözləmədən qurultay salonunu tərk edib. Maraqlıdır ki, Türkiyə mətbuatı birinci turdan sonra Kılıçdaroğlunun səsvermədən çəkilmək istəyi haqda yazıb - kənar təzyiqlərin nəticəsində köhnə sədr ikinci turda iştirak edərək uduzub. Amma qurultayda baş verənlər CHP-nin gələcəyi üçün müsbət heç bir şey vəd etmir. Bunu dəyərləndirən Türkiyənin bir sıra siyasi mütəxəssisi ana müxalifət partiyasının parçalanmasının da mümkünlüyünü vurğulayıb. Qeyd ediblər ki, partiyadakı qarşıdurma düşmənçilik dərəcəsindədir və bu baxımdan Kılıçdaroğlunun ayrılaraq başqa siyasi partiya quracağı da istisna deyil.
Yeni sədr isə yerli təkilatların rəhbərləri ilə görüş planlaşdırıb. O, beş aydan sonra baş tutacaq bələdiyyə seçkiləri ilə bağlı məsələni müzakirə etmək fikrindədir.
Heç bir fərq yoxdur...
Bu arada CHP-də baş verən dəyişikliyin heç də mahiyyət dəyişikliyi olmadığı, daha çox “kosmetik” xarakter daşıdığı da müzakirə predmetidir. Vurğulayaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasında (CHP) lider dəyişikliyinə münasibət bildirib. Onun sözlərinə görə, CHP-yə yeni lider seçilməsi heç nəyi dəyişməyəcək. Ərdoğan bildirib ki, Türkiyə müxalifəti terrorçuları dəstəkləyir: “Dünən ana müxalifət partiyasının qurultayı keçirilib. Hörmətli Kamal (Kılıçdaroğlu) kiminlə vidalaşdı? O, Ədirnədə terrorçuların liderinə “sağol” deyib. Onların bir-birindən heç bir fərqi yoxdur. Onlar terror təşkilatları ilə çiyin-çiyinə gedirdilər”.
Qeyd edək ki, prezident seçkiləri dövründə Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürmüş “altılı masa” da FETÖ terror təşkilatı ilə yaxınlıqda şübhəli bilinən şəxslərin də təmsil olunduğu bildirilirdi.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20

