Azərbaycanda təhsil müəssisələri sentyabrın 15-də mərhələli şəkildə açılacaq
28.08.2020 [09:14]
Dünyada 63 ölkədə məktəblər artıq açılıb, 55 ölkədə məktəblərin açılacağı elan olunub, 39 ölkə isə məktəblərin açılması ilə bağlı hələ qərar qəbul etməyib.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.
O bildirib ki, pandemiya dövründə təhsillə bağlı ictimaiyyət ənənəvi və distant təhsilin hansının yaxşı olması barədə düşünür. Ancaq biz ən uyğun və riskli olmayan təhsil barədə düşünməliyik, ən səmərəli olan təkliflər əsas götürülməlidir. Ümumi məntiq ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir.
Təhsil Naziri diqqətə çatdırıb ki, Azərbaycanda təhsil müəssisələri sentyabrın 15-də mərhələli şəkildə açılacaq. Sentyabrın 15-dən ibtidai siniflər dərsə başlayacaq. Bu il ibtidai siniflərdə 650 min şagird təhsil alacaq. Bağçaların da fəaliyyəti bu tarixdə bərpa olunacaq.
Yuxarı sinif şagirdləri isə sentyabrın 15-də onlayn tədrisə başlayacaqlar. Zamanla bu sinifdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa olunacaq. Oktyabrın 1-dən etibarən 5-9-cu siniflər, oktyabrın 15-dən etibarən isə 10-11-ci sinif şagirdlərinin ənənəvi təhsilinin bərpası nəzərdə tutulur.
Məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək, mütəmadi olaraq dezinfeksiya işləri görüləcək.
Nazir qeyd edib ki, məktəbəhazırlıq qruplarında 120 min şagird oktyabrın 1-dən dərslərə başlayacaq. Məktəbəhazırlıq qruplarında uşaqlar həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb olunacaq. Məktəbəhazırlıq siniflərində şagird sayı nəzərə alınacaq.
İnternat məktəblərində də tədrisə oktyabrın 1-dən mərhələli şəkildə start veriləcək.
Uşaqlarını məktəbə göndərmək istəməyən valideynlərlə xüsusi razılaşma aparılacaq: “Valideyn məlumatlandırılacaq ki, minimum birinci yarım il ərzində şagird valideynin nəzarəti altında həm teledərslərə baxmalı, həm məktəbin təşkil etdiyi “virtual dərslər”də iştirak etməlidir. Xüsusi karantin rejimi dövründə Təhsil Nazirliyi tərəfindən teledərslər və “Virtual məktəb” layihələri də davam etdiriləcək. Şagird mütəmadi olaraq məktəbdə keçirilən seyrək cədvəllə də olsa, kiçik və böyük summativ qiymətləndirmələrdə gəlib iştirak etməlidir ki, onun birinci yarım il üzrə attestasiyası nəzərə alınsın. Bir qrup valideynin uşağını məktəbə göndərməyəcəyini də nəzərə alsaq, şagird sıxlığını azalda biləcəyik”.
Emin Əmrullayev məlumat verib ki, pandemiya dövründə təhsil sistemində elektronlaşma və rəqəmsallaşma çox sürətlə gedib: “Aprel və mart ayları ərzində 1 milyon şagird, 100 mindən çox müəllim “Virtual məktəb”ə qoşulub. Özəl şirkətlərlə əldə olunan razılaşmaya əsasən 40 min müəllimə internet paketlər təqdim olunub”.
Nazir vurğulayıb ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində xüsusi risk qrupuna daxil olan müəllimlər əməkhaqqı saxlanılmaqla tədrisdən uzaqlaşdırılacaq, həmin müəllimlər digərləri ilə əvəz olunacaqlar: “Belə bir qərar almaqda məqsədimiz müəllimlərimizin sağlamlığının qayğısına qalmaqdır”.
Təhsil naziri deyib ki, pandemiya kəskinləşərsə, məktəblərin bağlanması lokal xarakter daşıyacaq, bütün təhsil müəssisələri yox, kütləvi yoluxmalar olan təhsil müəssisələri bağlanacaq.
Ali təhsil alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesinin bu təhsil pilləsində dərslər sentyabrın 15-dən distant formada davam etdiriləcək. Birinci kurslar isə sentyabrın 15-dən qəbul olunduqları ali təhsil müəssisəsinə gələ biləcəklər.
Təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Məktəblinin dostu” layihəsi haqqında məlumat verib. Bildirib ki, 2016-cı ilin dekabrından fəaliyyət göstərən bu layihənin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.
Məktəblər açılanda “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblərdə xüsusi nəzarət aparılacaq. Layihə əməkdaşları məktəblərdə hərarətin ölçülməsinə, spirtdən istifadəyə və ara məsafənin qorunmasına nəzarət edəcəklər.
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov diqqətə çatdırıb ki, “Microsoft Teams” platforması Azərbaycan dilinə tərcümə olunur. Bununla bağlı “Microsoft Teams” şirkətinə müraciət edilib və artıq tərcümə prosesi gedir. Yay aylarında isə şirkət tərəfindən 30 min istifadəçiyə proqramdan istifadə qaydaları ilə bağlı təlim keçilib.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23

