Səbail rayonu böyük dəyişikliklər astanasında
14.11.2009 [10:56]
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nda, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb. ötən 5 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə minlərlə yeni müəssisə yaradılıb, daimi yeni iş yerləri açılıb, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalıb. Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir.
Əlbəttə ki, Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi islahatlar siyasəti nəticəsində bölgələrlə yanaşı, Bakının rayonları, qəsəbələri və kəndləri də öz inkişafının yeni mərhələsinə yüksəlib. Belə rayonlardan biri də Səbail rayonudur.
Abadlıq-quruculuq işləri...
2009-cu ilin 9 ayı ərzində Səbail rayonunda yerləşən mədəniyyət ocaqlarının və digər sosial obyektlərin təmir-yenidən qurulması işləri müvəffəqiyyətlə davam etdirilib. Cari ildə əsaslı təmir və bərpa işlərindən sonra Gənc Tamaşaçılar Teatrının, MTN-nin Mədəniyyət Mərkəzinin, AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin, Mərkəzi Klinik xəstəxananın ambulatoriyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İstehsalat Birliyinin Teleqüllə kompleksinin, Azərbaycan Bəstəkarlar İttifaqının binasının, Azərbaycan Dövlət İncəsənət Muzeyinin, Milli Məclisin yeni korpusunun açılışı olub, həmçinin, Azərbaycan prospektində, Daxili İşlər Nazirliyinin qarşısında yenidən qurulmuş yeraltı piyada keçidi istifadəyə verilib.
Cari ilin ilk 9 ayı ərzində rayonda aparılan abadlıq və quruculuq işləri davam etdirilib. “Xaqani” bağında əsaslı təmir işləri başa çatmaq üzrədir. “Fəvvarələr bağı”nda və Nizami küçəsində əsaslı təmir və yenidənqurma işləri davam edir. 20-ci sahədə yerləşən istirahət bağında “Veteran Neftçilər Klubu” istifadəyə verilib. Klubda onların normal istirahəti və vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait yaradılıb, klub lazımi avadanlıq, stolüstü idman ləvazimatları və s. ilə təmin edilib.
Rayondakı orta və ali təhsil müəssisələrində bir sıra təmir işləri həyata keçirilib. Hazırda rayonun ən qocaman məktəblərindən olan 132 saylı orta məktəbdə və Beynəlxalq Təhsil Kompleksində (134 saylı məktəb) əsaslı təmir işləri aparılır.
163 saylı orta məktəb əsaslı, 189, 203 saylı orta məktəblər və 236 saylı orta məktəbin köhnə binasının bir hissəsi cari təmir olunub. 91 saylı orta məktəb, 157 saylı uşaq bağçası və 3 saylı Uşaq musiqi məktəbini istiliklə təchiz edəcək yeni müasir qazanxana quraşdırılıb. Rayonun digər orta məktəblərində də cari təmir işləri aparılıb, yeni təhsil ilinə tam hazır vəziyyətə gətirilib.
Cari ilin yay aylarında Bakı şəhərinin cənub-qərb girişinin Bibiheybət, 20-ci sahə, Bayıl hissəsində 12,6 km məsafədə magistral yolun ətrafı abadlaşdırılıb, burada yerləşən tikililərin fasadında, yol kənarlarındakı hasar və istinad divarlarında təmir-bərpa işləri aparılıb.
Rayonun mərkəzi küçələrindəki binaların fasad hissəsində və dam örtüklərində aparılan təmir-bərpa işləri davam edir, binaların üzərində quraşdırılmış yöndəmsiz reklam lövhələri, jalüzlər, havaçəkən borular, peyk antennaları yığışdırılıb, binaların fasadlarında işıqlandırma işləri başa çatdırılmaq üzrədir. Bununla da, şəhərin mərkəzindəki arxitektor binalar öz görkəmini tamamilə dəyişib.
Avqust ayında Badamdar qəsəbəsindəki Tofiq Məmmədov küçəsi 9 və 22 ünvanlarda yerləşən 2 həyətdə Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış “Abad həyət” layihəsinin icrasına başlanılıb, qısa müddət ərzində bu həyətlərdə sakinlərin istirahəti üçün söhbətgahlar, kiçik yaşlı uşaqlar üçün yelləncəklər və əyləncə qurğuları quraşdırılıb, həyətlərin mərkəzində 450 m2 sahədə yaşıl örtüklü mini futbol meydançaları qurulub, həyətlərdə 2200 m2 sahəyə asfalt örtüyü və 1000 m2 tamet döşəmə salınıb, ağaclar budanıb, yeni oturacaqlar və bordyurlar qoyularaq abadlıq işləri aparılıb. Hər həyətdə ayrıca zibil meydançası tikilib və bura yeni konteynerlər qoyulub. Burada yaradılan şərait sakinlərin çox böyük sevincinə səbəb olub.
Qeyd edək ki, sakinlərin müraciətləri nəzərə alınaraq sentyabrın sonunda “Abad həyət” layihəsinə əsasən Badamdar qəsəbəsində daha bir ünvandakı - İqor Ağayev küçəsi 5 ünvandakı həyətdə abadlıq işlərinə başlanılıb. Burada da, sakinlərin istirahəti üçün guşələr, idman meydançası, yelləncəklər və əyləncə qurğuları, yeni oturacaqlar quraşdırılaraq həyətə asfalt salınacaq, məhəllə abadlaşdırılacaq, Badamdar qəsəbəsində, həmçinin, Bibiheybət qəsəbəsi, Salyan yolu 32 ünvanda “Xeyir-şər” evinin tikilməsinə başlanılacaq. “Abad həyət” layihəsinin rayonun digər yaşayış sahələrində də həyata keçirilməsi nəzərdə tutulub.
ölkə Prezidenti İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı”na uyğun olaraq Bibiheybət buxtasında neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsi çərçivəsində artıq 174 ha-dan artıq torpaq sahəsi təmizlənib və burada yaşıllıqlar salınıb.
Bakının cənub-qərb girişinin Lökbatan dairəsindən Azneft dairəsinədək olan hissəsinin yenidən qurulması və genişləndirilməsi məqsədi ilə təklif olunmuş layihəyə uyğun olaraq yolun və Bibiheybət məscidinin yanından Şıx çimərliyi istiqamətində genişləndirilməsi, abadlaşdırılması və mərkəz istiqamətdə yeni yolun çəkilişi həyata keçirilməkdədir.
Sosial vəziyyət yaxşılaşır...
Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən ünvanlı sosial yardım almaq üçün müraciət edən 657 ailədən 653-nün sənədləri rəsmi olaraq qeydiyyata alınıb. Onlardan 650 ailəyə (2665 nəfər) sosial yardımın təyinatı aparılıb, 3 ailəyə (9 nəfər) isə sosial yardımın verilməsindən imtina edilib. Sosial yardım alan ailələrin hər birinə orta hesabla 82,34 manat, hər bir ailə üzvünə isə 20,08 manat sosial yardım düşüb. Rayonda 2529 nəfər sosial müavinət və təqaüd alır, onlardan 129 nəfər I qrup, 314 nəfər II qrup, 157 nəfər III qrup əlil, 276 nəfər 18 yaşına qədər əlil uşaqlardır, ailə başçısını itirdiyinə görə 100 ailəyə, yəni 157 uşağa, 143 nəfərə isə yaşa görə sosial müavinət ödənilir. 755 nəfər Qarabağ müharibəsi veteranına, 7 nəfər qəyyumluğa görə və 96 nəfər müharibə əlilliyinə görə müavinət alır.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində 13330 nəfər pensiyaçı uçotdadır. Onlardan 9941 nəfəri işləməyən, 3389 nəfəri isə işləyən pensiyaçılardır. Rayon ərazisində işləməyən əhaliyə 11555,6 min manat, işləyənlərə 4755,4 min manat pensiya ödənilib.
822 nəfərin yeni pensiya təyinatı aparılıb. Cəmi pensiyaçıların tərkibində Əmək pensiyaçılarının xüsusi çəkisi 74 faiz təşkil edir. Dövlət pensiyası alanlar 3,6 faiz, əlillər 19,2 faizdir. Qalan 6,6 faizi isə ailə başçılarını itirdiyinə görə pensiya alanlardır.
Səbail rayon Məşğulluq Mərkəzinə müxtəlif məsələlərlə əlaqədar 604 nəfər işlə bağlı müraciət edib. Müraciət edənlərdən 421 nəfəri işlə təmin edilib, onlardan 281 nəfəri fəhlə, 140 nəfəri isə mühəndis texnikdir. İşə düzələnlərdən 162 nəfəri qadın, 299 nəfəri isə gəncdir. İşaxtaran 70 vətəndaşa “işsizlik statusu” verilib. 75 nəfərə müavinət təyin edilib ki, onlardan 5 nəfərinə təkrar müavinət verilib.
Yeni layihələrə start verilib...
Səbaildə bu günə qədər görülmüş işlər nəticəsində rayon simasını köklü şəkildə dəyişib, insanların gözəl istirahət məkanına çevrilib. Amma bütün bunlarla yanaşı, rayona daha çox yaraşıq gətirəcək layihələrin icrasına da başlanılıb. Bunların sırasında 20-ci sahə dairəsinin yenidən qurulması, 20-ci sahədə Veteranlar parkının, Badamdar qəsəbəsinin Neftçilər küçəsində bağın salınması, Badamdar qəsəbəsində xeyir-şər yerinin və YAP Səbail rayon təşkilatı üçün yeni qərargahın inşa olunması var...
Əlbəttə ki, bütün bu işlər rayonun daha da gözəlləşməsinə və insanların istirahət günlərini mənalı keçirmələrinə xidmət edəcək.
Səbail rayonu əhalisi Ulu öndərin ideyalarına sadiqdirlər...
Səbailin sosial-iqtisadi sahədə əldə etdiyi tərəqqi, eyni zamanda, rayonun ictimai-siyasi həyatında da özünü qabarıq şəkildə büruzə verir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı ətrafında çoxminli üzvlər birləşib. ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasi kursun rayon əhalisi tərəfindən dəstəklənməsini YAP Səbail rayon təşkilatının sırasına daxil olanların sayının artması da təsdiqləyir...
YAP Səbail rayon təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Zahid Qaralovun sözlərinə görə, rayon əhalisi hər zaman dövlətçiliyi müdafiə edib: “Səbail rayonunun sakinləri bütün siyasi kampaniyalarda aktivlik nümayiş etdirərək dövlətçiliyə bağlılıqlarını dəfələrlə sübut ediblər. Biz bunu prezident seçkilərində də, referendumda da gördük. Əminəm ki, müşahidə olunan sosial-iqtisadi tərəqqi fonunda rayon əhalisi ictimai-siyasi proseslərdə daha aktiv iştirak edəcək, dövlətimizin inkişafı naminə qərarlar verəcək. Qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinin qələbəsini də rayon əhalisinin iradəsi təmin edəcək”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39
