Milli Məclisin deputatı Sahibə Qafarova Şəmkirdə gənclərlə görüş keçirib
27.11.2018 [09:45]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Sahibə Qafarova Şəmkirdə gənclərlə görüş keçirib. Şəmkir Gənclər Mərkəzində keçirilən görüşdə Milli Məclisin deputatı S.Qafarova əvvəlcə ölkəmizdə uğurla reallaşdırılan gənclər siyasəti haqqında məlumat verib. Azərbaycanda dövlət gənclər siyasətinin təşəkkül və inkişafının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan millət vəkili xatırladıb ki, Ulu öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə həmişə böyük qayğı göstərib, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirib. Sahibə Qafarova Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini, bu istiqamətdə ardıcıl tədbirlər görüldüyünü, əhəmiyyətli nəticələr əldə olunduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyev tərəfindən imzalanan mühüm Sərəncam və fərmanların, qəbul olunmuş Dövlət proqramlarının ölkəmizdə müasir dünyagörüşünə malik, bilikli və vətənpərvər gənclər ordusunun yetişməsində əhəmiyyətini xüsusi qeyd edib.
Azərbaycan dövlətinin bütün sahələrdə, o cümlədən, beynəlxalq miqyasda qazandığı nailiyyətlərin gənclərimizin qarşısında yeni perspektivlər yaratdığını vurğulayan Sahibə Qafarova gənc nəslin ölkənin ictimai-siyasi həyatında, həmçinin idarəetmədə fəal təmsil olunduğunu bildirib.
Milli Məclisin deputatı şəmkirli gənclərin də bir çox sahələrdə fəallıq göstərdiklərini, mühüm nailiyyətlər əldə etdiklərini bildirib. Şəmkirdə gənclərin fəallığını təmin etmək, onların öz bilik və bacarıqlarını üzə çıxarmaq, bütövlükdə özlərini ifadə etmək üçün əlverişli imkanlar yaradıldığını qeyd edən millət vəkili rayonda keçirilən tədbirlərdə fəallıqları ilə seçilən gənclərin iştirak etdiyini vurğulayıb.
Daha sonra Şəmkirdə fəaliyyət göstərən gənclər təşkilatlarının fəal üzvləri ölkəmizdə gənclər üçün yaradılan imkanları yüksək qiymətləndirib, gənclər siyasətinin uğurlarını qeyd ediblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdən gənclər məmnun qaldıqlarını bildiriblər.
Görüşdən sonra millət vəkili Sahibə Qafarova Şəmkir rayon Gənclər Mərkəzində yaradılan şəraitlə tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

