Mingəçevir “ASAN Həyat” kompleksi 337 mindən çox vətəndaşa xidmət göstərir
14.03.2018 [10:06]
Media nümayəndələrinin iştirakı ilə regional kompleksə tanışlıq səfəri təşkil olunub
Son illər ölkəmizdə iqtisadi inkişafa nail olunmaqla yanaşı, mütərəqqi xarakterli sosial layihələr də uğurla həyata keçirilir. Bu sırada dünyaya Azərbaycan brendi kimi təqdim olunan “ASAN xidmət” nümunəsi böyük maraq doğurur. Müvəffəqiyyətlə reallaşdırılan layihənin əsas məqsədi vətəndaşlara göstərilən müxtəlif xidmətlərin səviyyəsini ən yüksək həddə qədər yüksəltməklə əlavə xərclərin və vaxt itkisinin azaldılmasına, dövlət strukturlarına etimadın artırılmasına, şəffaflığın təmin olunmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə, bütövlükdə xidmət sahələrində aparılan genişmiqyaslı islahatların səmərəliliyinə nail olmaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə yaradılıb. Agentlik “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində təmsil olunan dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini və nəhayət, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirir. Xidmətin mütərəqqi forması kimi fəaliyyət göstərən “ASAN Xidmət” dövlətin öz vətəndaşına qayğı və diqqətinin ifadəsi kimi qiymətləndirilir. Agentlik yarandığı 6 il ərzində böyük uğurlara imza atıb. Son illər “ASAN xidmət”in əhatə dairəsi sürətlə genişlənib. Mingəçevir “ASAN Həyat” kompleksi ölkəmizdə fəaliyyət göstərən sayca 13-cü regional qurumdur. Onlardan 5-i Bakıda, digər 8-i isə regionlarda - Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı və Mingəçevirdə yerləşir.
Prezident İlham Əliyev fevralın 27-də Mingəçevir şəhərinə səfəri çərçivəsində yüksək zövqlə inşa edilən “ASAN Həyat” kompleksinin açılış mərasimində iştirak edib, burada yaradılan şəraitlə tanış olub. Mingəçevir “ASAN Həyat” kompleksi martın 12-dən başlayaraq vətəndaşlara uğurla xidmət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 13-də KİV nümayəndələrinin iştirakı ilə regional kompleksə tanışlıq səfəri təşkil olunub, mətbuat konfransı keçirilib.
Jurnalistlərin suallarını cavablandıran Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib ki, Mingəçevir “ASAN Həyat” kompleksi fəaliyyətə başladığı gündən bəri bölgənin 1100-dən çox vətəndaşına xidmət göstərib. Mingəçevir regional “ASAN Həyat” kompleksində 10 dövlət orqanı tərəfindən 32 növ xidmət təqdim olunur. Eyni zamanda, özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, vətəndaşlara 250-yə yaxın müxtəlif xidmətlər göstərilir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Anar Hüseynov bildirib ki, kompleksdə çalışan əməkdaşların sayı 154, könüllülərin sayı isə 45 nəfərdir. Bu mərkəz Mingəçevir şəhərinə, Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 337 min 767 vətəndaşa xidmət göstərir. Mərkəzin müasir üslubda inşa olunmuş möhtəşəm üçmərtəbəli binası yaraşığı, gözəl görkəmi ilə göz oxşayır.
Qeyd edək ki, mərkəzdə xidmət göstərən dövlət orqanlarının əhatə dairəsi kifayət qədər genişdir. Burada Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsinin təmsilçiləri vətəndaşlara öz xidmətlərini yüksək peşəkarlıqla təqdim edirlər. Bundan əlavə, mərkəz 68 növ funksional yardımçı xidmət (bank, sığorta, hüquqi yardım, tərcümə, foto, tibb xidmətləri və başqaları) də həyata keçirir. Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında qurulan mərkəzin fəaliyyətinin başlıca hədəfi vətəndaşların rahatlığını təmin etmək, dövlət məmuru-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə nail olmaqdır.
Mingəçevir “ASAN Həyat” kompleksinin ilk müştərisi olan İlqar Həsənli jurnalistlərə müsahibəsində deyib: “16 yaşı tamam olan oğlum Fərid üçün şəxsiyyət vəsiqəsi aldım. Doğrusu, burada təsəvvürümə gətirə bilmədiyim bir mühitə düşmüşəm. Bizə göstərilən yüksək nəzakətdən, qayğı və diqqətdən çox məmnunuq. Vaxt itirmədən şəxsiyyət vəsiqəmi aldım. Burada xidmət həqiqətən də çox sadələşdirilib və asanlaşdırılıb. Bura gələn vətəndaşların rahatlığı və xidmətdən razı qalmaları üçün ən ideal şərait yaradılıb. Bizə yaradılan şəraitə görə Prezidentimizə təşəkkür edirik”.
Kompleksin xidmətlərindən yararlanan vətəndaşlardan biri də Mingəçevir sakini Akif Qəmbərovdur. “Birinci dəfədir ki, “ASAN xidmət” mərkəzinə üz tuturam. Bir çox idarələrdə olmuşam. Heç bir yerdə belə şərait, belə nümunəvi kompleks xidmət görməmişəm. Gəlişimin məqsədi Rusiyadan mənə göndərilən sənədi tərcümə etdirərək notariusda təsdiqlətməkdir. Nə vaxt itirdim, nə də əlavə vəsait xərclədim. “ASAN Həyat”, sözün həqiqi mənasında, alqışa layiqdir”, - deyə o bildirib.
Qeyd edək ki, Mingəçevir “ASAN Həyat” kompleksinin nəzdində “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektləri də fəaliyyət göstərir. Vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, kinoteatr, “ASAN Peşə” və “ASAN Kafe” istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN Həyat” kompleksi üçün ayrılan 1,21 hektar ərazidə park, fontan və oturacaqlar, avtodayanacaq və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı yaradılıb. Həmçinin vətəndaşların istirahəti üçün park və uşaq meydançası salınıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

