Moskvada RAGB-nin dəstəyi ilə Maliyyə Savadlılığı Günü keçirilib
16.11.2017 [10:18]
Moskvadakı Ali İqtisad Məktəbində (AİM) Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) dəstəyi ilə artıq yaxşı bir ənənəyə çevrilmiş Maliyyə Savadlılığı Günü keçirilib.
AZƏRTAC xəbər verir ki, RAGB-nin üç Azərbaycan klubunun - AİM, RF Hökuməti yanında Maliyyə Universitetinin və G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin təşəbbüsü ilə təşkil olunmuş tədbiri RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev açıb.
Gənclərin hərtərəfli dəstəklənməsinə görə RAGB-nin sədri Leyla Əliyevaya təşəkkürünü bildirən E.Hacıyev maliyyə bazarlarının müasir imkanları barədə zəruri məlumat alınması üçün bu cür mühazirələr təşkil edilməsinin vacibliyini vurğulayıb. E.Hacıyev deyib: “Axı bugünkü tələbələr sabahın bankirləri, maliyyəçiləri, iqtisadçıları və biznesmenləridir”.
İqtisad elmləri namizədi, dosent Pavel Malışev investisiya sahəsinin cari və gələcək trendləri barədə mühazirə oxuyub. O, sərfəli kapital qoyuluşu barədə öz təcrübəsindən nümunələr göstərib. Mühazirə başa çatandan sonra tədbir iştirakçıları spikerə çoxlu suallar verib, maraqlı müzakirə aparılıb.
Tədbirin ikinci hissəsi müsabiqə-test şəklində davam edib. Bu müsabiqənin yekunlarına əsasən üç mükafatçı aşkar edilib: M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tələbəsi Orxan Qafarov birinci, G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin tələbəsi Fuad Səfərəliyev ikinci, Kazan Dövlət Tibb Universitetinin tələbəsi İlkin Osmanov isə üçüncü yeri tutub. Maliyyə baxımından ən savadlı tələbələrə sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

