/ / “Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər müxtəlif dövrlərdə xalqımıza qarşı soyqırımı həyata keçiriblər
“Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər müxtəlif dövrlərdə xalqımıza qarşı soyqırımı həyata keçiriblər
01.04.2017 [09:17]
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da müxtəlif tədbirlərlə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, martın 31-də rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar Şəhidlər abidəsi önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib, məktəblilərin faciəyə həsr etdikləri rəsm sərgisinə baxıblar.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışıb. Bildirib ki, “yazıq millət” pərdəsi arxasında tarixi torpaqlarımızda “böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər çirkin niyyətlərinin həyata keçməsi üçün ən qanlı hadisələr, terror və qırğınlar törədiblər. Mərhələ-mərhələ həyata keçirilən bu siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edilib. 1905-1907-ci, 1918-1920-ci, 1948-1952-ci və 1988-1994-cü illərdə xalqımıza qarşı soyqırımı siyasəti aparılaraq kütləvi qətliamlar, görünməmiş vəhşiliklər törədilib.
Erməni quldur dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirib, yüz minlərlə insanı torpaqlarından didərgin salıblar.
Ermənilərin azərbaycanlılara qarşı yönəlmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilib, Zəngəzur və digər ərazilər Ermənistana verilib, 1948-1952-ci illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya ediliblər. Ötən əsrin sonlarında, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda həyata keçirilən növbəti soyqırımı və işğal nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib, bir milyondan çox soydaşımız öz dədə-baba torpağından didərgin düşüb, ərazimizin daha 20 faizi işğal edilib.
Tədbirdə digər çıxış edənlər ermənilər tərəfindən törədilən vəhşiliklərdən söz açıb, bu faciələrin heç vaxt unudulmayacağını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

