Bakıda “Aktivlərin bərpası sahəsində qarşılıqlı hüquqi yardım” mövzusunda təlim keçirilib
03.11.2016 [09:58]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən uğurlu institusional və qanunvericilik islahatlarının, kompleks, hərtərəfli və ardıcıl dövlət siyasətinin məntiqi nəticəsində bu gün ölkəmizin prokurorluq orqanları korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış mötəbər beynəlxalq qurumlarla səmərəli qarşılıqlı əməkdaşlığı uğurla davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropa Şurasının və Avropa İttifaqının “Şərq tərəfdaşlığı” ölkələrində reallaşdırdığı proqramlar üzrə əməkdaşlıq çərçivəsində Avropa Şurasının Bakı Ofisinin və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin birgə təşkilatçılığı ilə Bakıda “Aktivlərin bərpası sahəsində qarşılıqlı hüquqi yardım” mövzusunda təlim keçirilib.
İki günlük tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq idarələrinin, Hərbi Prokurorluğun, Xarici İşlər və Ədliyyə nazirliklərinin, habelə Məhkəmə-Hüquq Şurasının, Ədliyyə Akademiyasının və Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Monitorinqi Xidmətinin nümayəndələri iştirak ediblər.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edərək korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olduğunu vurğulayıb. Həmin mübarizənin möhkəm siyasi iradəyə əsaslandığını qeyd edən O.İsayev bu sahədə ölkə daxilində, eyni zamanda, beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib, təlim kursunun iştirakçılar üçün faydalı olacağına əminliyini ifadə edib.
Sonra Avropa Şurasının eksperti Arvinder Sambei tərəfindən aktivlərin bərpası sahəsində qarşılıqlı hüquqi yardımın əsasları və tətbiqi, bu sahədə institusional çərçivə və qabaqlayıcı tədbirlər, əmlakın müəyyən olunması və izlənilməsi, habelə qarşılıqlı hüquqi yardımın hüquqi və praktiki tərəfləri barədə təqdimatlar edilib.
Qarşılıqlı müzakirə formatında keçirilən tədbirdə mövzu ilə əlaqədar tədris tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

